BolgeXeber.Com » Bölgə » Xaçmazın İcra başcısı məhkəmə qarşısında

Xaçmazın İcra başcısı məhkəmə qarşısında

5-04-2011, 12:25
Oxunub: 9 807
Əhəd Abbasov icra başçısı Şəmsəddin Xanbabayevin qanunsuz sərəncamına görə, 1 milyon manat pul itirib

Xaçmaz rayonu, Qaraçı kənd sakini Abbasov Əhəd Abbasəli oğlu rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə qarşı qeyri-qanuni sərəncam səbəbindən özünə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət edib.

Bolgexeber.com xəbər verir ki, Əhəd Abbasov 2004-cü ildə Xaçmaz rayon sakini Əhmədov Akif Ağasultan oğluna məxsus Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən, bünövrəsi qazılmış tikilini 16 000 ABŞ dollarına satın alıb. Ev sökülmüş vəziyyətdə olduğu üçün alqı-satqı müqaviləsi notariat qaydasında bağlanılıb. Razılaşılan vəsaitdən 6200 ABŞ dolları şəxsən Akif Əhmədovun özünə, 8300 ABŞ dolları isə onun 13.07.2004-cü ildə vəfat etməsi ilə bağlı olaraq atatsı Əhmədov Ağasultan Həbibulla oğluna ödənilib.

Bu razılaşmadan sonra Əhəd Abbasov adıçəkilən ərazidə ticarət mərkəzi tikmək istəyib. Lakin Xçamaz rayon İcra Hakimiyyətinin təmsilçiləri ona bu yerin icra hakimiyyəti orqanının balansında olduğunu söyləyirlər. Faktiki olaraq pulunu ödəyərək torpaq alan bu şəxs yenidən İcra Hakimiyyətinə müraciət edərək, Xaçmaz rayonu, N.Nərimanov küçəsi 19 saylı ünvanda yerləşən 651 kv.m torpaq sahəsində ticarət mərkəzinin tikilməsi üçün sərəncam verməyi xahiş edib. Rayon İcra Hakimiyyəti də 19.10.2006-cı ildə həmin ünvanda yerləşən torpaq sahəsini ticarət mərkəzinin tikilməsi üçün ayrılması barədə 318 saylı sərəncam verib.

Bolgexeber.com -a verilən məlumatda deyilir ki, sahibkar həmin sərəncama əsasən, qeyd olunan ünvanda şəxsi vəsait hesabına 1.170.000 manat dəyərində 650 kv.m sahəli ticarət mərkəzini inşa etdirib. Lakin Ticarət Mərkəzinin inşası başa çatdıqdan sonra tikiliyə mülkiyyət hüququnu verən sənədi almaq üçün Dövlət Reyestr Xidmətinə müraciət etdikdə isə vəziyyətin başqa olduğu aydınlaşıb. Ona DRX-də deyiblər ki, bəs, məhkəmə qərarı əsasında tikilinin rəsmiləşdirilməsi dayandırılıb.

Səbəb isə belədir. Belə ki, baş verənlərin səbəbini aydınlaşdırmaqdan ötrü məhkəməyə müraciət etdikdə Əhəd Abbasova məlum olur ki, Xamaz şəhər sakini Əhmədova Gülnarə Aslan qızı ona və Əhmədov Ağasultan Həbibulla oğluna qarşı Xaçmaz rayon məhkəməsində mübahisəli ünvanda əvvəllər mövcud olmuş yarımçıq tikilinin faktiki alqı-satqısının etibarsız hesab edilməsi və həmin tikiliyə mülkiyyət hüququnun tanınması haqda iddia ilə müraciət edib. Həmin vaxtdan etibarən isə sahibkarın tam qanuni əsaslarla inşa etdiyi tikilinin yerləşdiyi torpaq sahəsinə dair məhkəmə mübahisələri uzun müddət davam edir.

Məlumatda deyilir ki, Xaçmaz rayon məhkəməsinin 15.04.2005-ci il tarixli qətnaməsi ilə iddiaçı Əhmədova Gülnarə Əhəd Abbasov və Ağasultan Əhmədova qarşı qaldırdığı yarımçıq tikilinin faktiki alqı-satqısının etibarsız hesab edilməsi və həmin tikiliyə mülkiyyət hüququnun tanınması haqda iddiası rədd edilib. Sahibkarın iddiaçıya qarşı qaldırdığı Akif Əhmədovla aralarında, 2004-cü ilin fevral ayında Xaçmaz şəhəri, Nərimanov küçəsi 19 saylı ünvanda yerləşən evə dair bağlanmış müqavilənin etibarlı sayılması haqda qarşılıqlı iddiası belə təmin edilib. Hətta satın aldığı həmin tikiliyə görə borclu qaldığı 3000 ABŞ dollarını Akif Əhmədovun birinci dərəcəli vərəsələri -Əhmədova Gülnarə Aslan qızı, himayəsində yaşayan azyaşlı Əhmədova Fatimə Akif qızı, Əhmədov Ağasultan Həbibulla oğluna və Əhmədova İra Tahirovnaya bərabər paylara bölünməklə hər birinə 750 ABŞ dolları və ya onun manatla ekvivalenti ödənilməsi qət edilib.

Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 11.12.2006-cı il tarixli, 1MK-6930/2006 saylı qətnaməsi ilə qismən təmin olunmuş, mübahisə ilə bağlı çıxarılmış Xaçmaz şəhər məhkəməsinin 15.04.2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçının yarımçıq tikilinin faktiki alqı-satqısının etibarsız hesab edilməsi hissəsində iddiası təmin edilmiş, sahibkarın isə iddiaçıya qarşı qaldırdığı adıçəkilən ünvanda yerləşən evə dair bağlanmış müqavilənin etibarlı sayılması haqda qarşılıqlı iddias təmin edilməmişdir.

Daha sonra isə Xaçmaz şəhər məhkəməsində 16.01.2008-ci il tarixli, 2-29/08 saylı qətnaməsi ilə iş üzrə iddiaçı Əhmədova Gülnarə Aslan qızının Xaçmaz Rayon İcra Hakimiyyətinə qarşı icra başçısının Nərimanov küçəsi 19 saylı ünvanda tikinti işləri aparılması üçün 651 kv.m torpaq sahəsinin ayrılmasına dair verimiş 318 saylı sərəncamın ləğv edilməsi, həmin ünvanda yerləşən 512 kv. torpaq sahəsinə iddiaçının və himayəsində olan azyaşlı uşağın mülkiyyət hüququnun tanınması, həmin torpaq sahəsindəki tikilinin adına sənədləşdirilməsi, dövlət reyestrindən çıxarışın verilməsi haqda tələbi əsassız hesab edilməklə təmin edilməmişdir.

Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məkəməsinin 03.06.2008-ci il tarixli, 2(105)-452/2008 saylı qətnaməsi ilə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir.

Sahibkarın verdiyi kassasiya şikayəti Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 23.04.2009-cu il tarixli, 2(102)-1221/09 saylı qərarı ilə təmin edilməmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nın 03.06.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Amma proses bununla da bitməyib. Belə ki, dördüncü dəfə isə Xaçmaz şəhər məhkəməsinin 28.11.2008-ci il tarixli 2-(067)-604/08 saylı qətnaməsi ilə iddiaçı Gülnarə Əhmədovanın Əhəd Abbasova qarşı qaldırdığı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasına dair tələbi təmin edilmiş, Xaçmaz rayonu, Nərimanov küçəsi, 19 saylı ünvanda yerləşən 512 kv.m torpaq sahəsində inşa edilmiş tikilinin sahibkarın hesabına sökülməsi və həmin sahənin boşaldılaraq iddiaçıya təhvil verilməsi haqda tələbi təmin edilmişdir.

Beləliklə də adıçəkilən ünvanda yerləşən ticarət mərkəzinin və sahibkarın taleyi birdəfəlik həll olunuğ. Bundan əsəbləşən sahibkar Xaçmaz Rayon İcra Hakimiyyətini məhkəməyə verərək, onların verdikləri qeyri-qanuni sərəncam ucbatından özünə dəyən maddi zərərin tam olaraq ödənilməsini tələb edir.