BolgeXeber.Com » Bölgə » Şamaxıda məktəb direktorları icra başçısının müavinlərinin əlindən dad edirlər
Şamaxıda məktəb direktorları icra başçısının müavinlərinin əlindən dad edirlər
31-03-2013, 14:30
Oxunub: 5 766
Bölgexeber.com-un redaksiyasına Şamaxı məktəblərinin direktorlarının adından şikayət məktubu daxil olmuşdur.Məktubda Şamaxı Rayon Təhsil şöbəsinin işçiləri Şamaxı İcra Hakimiyyətinin müavinlərinin etdiyi özbaşnalıqdan dad edirlər. Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Şamaxı icra başçısının müavinləri rayonda əsl hökmranlıq edirlər.Onların Təhsil Şöbəsinin müdirini şərləyərək işdən çıxartdırmaq planları baş tutmadığı üçün indi təxribata əl atıblar.1-ci müavin Qasım Qasımov və humanitar məsələlər üzrə müavin Əşrəf Şükürov məktəb direktorlarını axşam saat 6-dan sonra icra hakimiyyətinə yığaraq onlara qəti şəkildə tapşırıq veriblərki,heç biriniz təhsil şöbəsinə getməyin.Əgər təhsil şöbəsinin müdiri sizi çağırtdırarsa da ora getməyin,biz onu tanımırıq.Necə ola bilər ki, təhsil nazirinin təyin etdiyi müdiri bunlar tanımırlar?!Bu qeyri- qanuni və səviyyəsiz hərəkət təbii ki biz direktorların da narazılığına səbəb olub.Onlar özləri də bilmədən özlərini gülünc vəziyyətə qoyurlar.Çünki aydın məsələdir ki, direktorların işibirbaşa təhsil şöbəsi ilə əlaqəlidir.Direktorlar ora getməsə bəs işlərini hansı idarə ilə həll edərlər?Çünki elə işlər var ki,birbaşa şəxsən direktor özü təhsil şöbəsində getməlidir.Belə bir hal hansı qanunda göstərilir?Bu direktorları ələ salmaq və pis vəziyyətdə qoymaqdan başqa bir şey deyil.Seçki ilində bu dövlət üçün əsl təxribatdır.Bu özbaşınalığın qarşısını yəqinki alan olacaq.Çünki biz artıq icra başçısının müavinlərinin əlindən bezmişik,Allah son 1 ayı bizim ömrümüzə yazmasın.Biz təhsil şöbəsinə tabe olmağımıza baxmayaraq bizə müdirliyi onlar edir.Bundan əlavə bu iki müavinin özbaşınalıqları və cinayətləri bununla bitmir.Onlar həmçinin ulu öndərin və cənab prezidentin şəkillərini direktorlara pul ilə məcburi satırlar.Şəkillər ölçüsünə gorə 35,20,10 manata satılır.Halbuki dövlət tərəfindən bu şəkillər pulsuz icra hakimiyyətinə verilir ki,məktəblərə paylanılsın.Eləcə də hər bazar günü iməclik adı ilə direktorları icra hakimiyyətinə çağıraraq deyirlər ki,öz pulunuz ilə əhəng alıb rayonun küçələrindəki ağacları işçilərinizə ağartdırmalısınız.Aydın məsələdir ki, rayonlarda görülən bütün işlərin pulunu dövlət verir.Amma bunlar hər həftə direktorlara əhəng və başqa materiallar aldıraraq bizlərdə də narazıçılıq yaradır.Yeni icra başçısı Asif Ağayevin bu özbaşınalıqlardan yəqin ki, xəbəri var.Əgər xəbəri yoxdursa bilsin ki, müavinləri artıq ona “torba” tikirlər.Onların bütün bu hərəkətləri ona və dövlətimizə qarşı təxribatdır,özüdəki seçki ilində.Biz bunu rayonun məktəb direktorlarının çoxunun adından yazaraq,cənab prezidentdən kömək istəyirik.Biz inanırıq ki, Qasım Qasımova və Əşrəf Şükürov haqqında təbir görüləcək.Görün biz direktorlar nə qədər bezmişik ki,axırda cənab prezidentə şikayət etməli olduq.Əgər bu şəxslər haqqında tədbir görülməsə rayonumuzun təhsili heç vaxt inkişaf etməyəcək.Yəqin ki, bu iki müavinə artıq “dur” deyən tapılacaq.İmzalarımızı qoymamağımızın səbəbinidə yəqin ki, başa düşərsiniz; bu şəxslərin sonra bizi çağırıb təzyiqlər edib işdən azad etmələrindən qorxuruq.Sizə bu müraciətimizi ictimailəşdirmənizi xahiş edirik.Əvvəlcədən təşəkkürlər”.
Mövzunu diqqətimizdə saxlayacağıq.
Qaşı tərəfin də mövqeyni dərc etməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər