BolgeXeber.Com » Bölgə » Şəmkirin icra başçısının işdən çıxarılması xəbəri yayıldı

Şəmkirin icra başçısının işdən çıxarılması xəbəri yayıldı

1-04-2013, 13:15
Oxunub: 5 360 Məlumatda bildirilir ki, icra başçısının yerinə artıq təyin olunacaq şəxs də müəyyənləşdirilib.
Qeyd edək ki artıq iki gündür ki Şəmkirin icra başçısının işdən azad olunması ilə bağlı rayonda da söz-söhbətlər yayılıb.
Qeyd edək ki, Nazim Veysov 10 avqust 1950– ci ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur.
1974–cü ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun mexanikləşdirmə fakultəsini bitirib. Noyabr 1974 – avqust 1983–cü illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda baş mühəndis işləyib.
Mart 1979 – cu ildə Sov. İKP sıralarına daxil olub. Oktyabr 1983 – avqust 1986–cı illərdə Xanlar rayonunun heyvandarlıq sovxozunda Partiya Komitəsinin katibi işləyib.
İyul 1987 – fevral 1990–cı illərdə Azərbaycan KP Xanlar rayon Komitəsində təlimatçı işləyib.
1993–cü ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirb.
Iyun 1993 – cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Mart 1992 – aprel 1999–cu illərdə Xanlar rayon Kənd Kimya Birliyinin sədri işləyib.
Aprel 1999 – oktyabr 1999–cu illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının müavini işləyib.
Oktyabr 1999 – mart 2003–cü illərdə Xanlar Rayon Icra Hakimiyyəti Başçısının birinci müavini işləyib.
Sentyabr 1999 –mart 2003 –cü illərdə Yeni Azərbaycan Partiyasının Xanlar Rayon təşkilatının sədri olub.
xalqxeber