Sumqayıtda artıq piyada səkilərində də obyekt tikilir
1-04-2013, 16:35
Oxunub: 5 181
Sumqayıt sakinləri yollarının kəsilməsindən şikayət ediblər. Şikayət müəllifləri piyada yolunn qanunsuz olaraq bağlandığını bildiriblər:
“Sumqayıt şəhərində 36-cı məhəllədə 20 yanvar küçəsində yerləşən 8 və 9 nömrəli yaşayış binaları arasında piyadaların gedişi üçün nəzərdə tutulmuş səkinin üzərində obyekt tikilir. Səki ilə getməli olan piyadalar isə bu əngəli aşmaq məqsədilə həyatlarını təhlükəyə atıb məcburən maşın yoluna çıxaraq yollarına davam edəsi olurlar. Kəsilən isə sadəcə piyadaların yolu deyil – qazanc mənbəyi məqsədilə tikilən obyektin yolunda bir neçə ağac da qurban kəsilib.
Ortaya maraqlı sual çıxır – bu obyektin tikilməsinə kim icazə verib? Əgər icazə Sumqayıt şəhər İcra Hakimiyyətindən verilibsə, piyada yolunu iflic edən bu icazə hansı qanunauyğunluqlara əsaslanır? Yox, əgər obyekt icazəsiz tikilirsə, onda bu özbaşınalığa əlaqədar orqanlar tərəfindən niyə reaksiya verilmir?”.
Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsi ilə əlaqə saxlasaq da zəngimizə cavab verən olmadı.
Dia.az



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər