BolgeXeber.Com » Bölgə » Sumqayıt DYPŞ-də prezidentin göstərişlərinə və qanunlara məhəl qoyulmur
Sumqayıt DYPŞ-də prezidentin göstərişlərinə və qanunlara məhəl qoyulmur
1-04-2013, 17:10
Oxunub: 5 952
Prezidentin ciddi tapşırıqlarından sonra ölkədə bəzi özbaşınalıqların qarşısı alınsa da, bəzi məmurlar bu tapşırıqlardan şəxsi mənafeləri üçün istifadə edir, vətəndaşları sıxışdırır, “qanun” adı ilə vəzifələrindən sui-istifadə edirlər. Bir müddət əvvəl prezident İlham Əliyev Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə bağlı iclasda məmurlara bir neçə ciddi tapşırıq verdi. İclasda əsas müzakirə mövzularından biri də ölkədə bəzi imkanlı şəxslərin idarə etdikləri avtomobillərə pərdə və plyonkaların vurması, vətəndaşlara qarşı yuxarıdan aşağı baxması idi. Prezident İlham Əliyev aidiyyəti şəxslərə qəti tapşırıq verərək bu halların qarşısının alınmasına göstəriş verdi. Göstəriş əsasında şəhər və ölkə ərazisində bütün plyonkalı avtomobillərin şüşələrindəki görüntünü məhdudlaşdıran vasitələr sökülməyə başlandı. Bu məsələ birbaşa Daxili İşlər Nazirliyinin Respublika Dövlət Yol Polisinin üzərinə düşdüyündən yol polisləri bu tip avtomobillərin cərimələnməsinə start verdi. Amma, bu proses yenə də hamıya aid edilmədi. İmkanlı, valideyni və ya digər yaxın qohumu məmur olan şəxslər yenə də yol polisinə tabe olmadan bu cür avtomobilləri idarə edir, görüntünü məhdudlaşdıran vasitələri sökmür. Yol polisi də bu şəxslərə kiməsə görə müdaxilə edə bilmir. Nəticədə yenə də bəzi imkanlı şəxslərin avtomobillərində bu cür vasitələr qalır.
***
Bolgexeber.com xəbər verir ki, bu barədə "Olaylar" məlumat yayıb. Bu göstəriş Sumqayıt şəhərində daha biabırçı səviyyədə icra olunur. Bəli, adam gözü ilə görməsə inanmaz. Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində bu gün bu adla onlarla sürücü süründürülür, haqsız yerə cərimələnir və ya “soyulur”. Bəli, bu şöbəyə gətirilən avtomobillər şöbənin yeni təyin olunmuş rəisinin bütün nazı ilə oynamasa sakit buraxılmır. Bunu Sumqayıtdakı sürücülər deyir. Sürücülər bildirirlər ki, Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin olunan Bayram Zeynalov şəhərdə bütün sürücüləri öz əsarəti altında saxlayır. Şöbə rəisi heç kimdən qorxmadığını iddia edir: “Bu şəxs bir neçə aydır ki, rəis təyin olunub. Təyinat alan gündən bu vaxta qədər Sumqayıtda avtomobil idarə etmək mümkün deyil. Yol polisləri hansı avtomobili görürsə, günahı oldu-olmadı saxlayıb gətirir şöbəyə. Şöbəyə gələndə isə birbaşa rəisin yanına gətirilir. Rəis isə nə yaşlı insana baxır, nə qocaya, nə cavana. Sürücüləri təhqir edir, onları özünə tabe etmək istəyir”.
Şəhərdə plyonkalı avtomobillər necə idarə edilir
Sürücülər deyir ki, şöbə rəisi Bayram Zeynalov plyonka və pərdə adı ilə şəhərdəki bütün avtomobilləri nəzarəti altında saxlayır. Prezidentin tapşırığından sonra Bayram Zeynalov bütün bu cür avtomobilləri saxlasa da, qanuni tədbir görmür. Şöbə rəisi həmin avtomobillərin sahibləri ilə danışıqlar aparır, pərdə və plyonkalı avtomobillərin sürücülərindən istədiyi qədər rüşvət alandan sonra həmin sürücünü sərbəst buraxır. Bundan sonra isə o şəhərdə plyonkalı və pərdəli avtomobillərin hərəkətinə icazə verir: “Kim rüşvət verirsə, Bayram Zeynalov həmin avtomobillərin dövlət nömrə nişanını Sumqayıtdakı yol polislərinə verir ki, həmin maşınları saxlamasınlar. Amma, pul verməyən şəxslərin avtomobillərini dərhal saxlatdırır, cərimələtdirir. Şöbə rəisi bütün yol polislərinə tapşırıq verib ki, onun icazəsi olmadan şəhərdə heç kim plyonkalı və pərdəli avtomobil idarə edə bilməz. Amma, onunla razılaşandan sonra şəhərdə nəinki pərdə-plyonka, hətta yüksək səs siqnalları ilə də gəzirlər. Heç bir polis də bu avtomobillərə müdaxilə etmir, onu saxlamağa ixtiyarı çatmır. Çünki, tapşırıq rəisdən gəlib”.
Bayram Zeynalovu görməsən, avtomobil idarə edə bilmərsən
Sürücülərin sözlərinə görə, Bayram Zeynalovun göstərişi ilə şəhərdəki bütün avtomobillər nəzarətə götürülüb. Hətta qaydaları pozmayan sürücülər belə yol polisləri tərəfindən saxlanılır, yüksək məbləğdə cərimələr yazılır, sürücülər əsassız yerə süründürülür: “Bayram Zeynalovun tapşırığı ilə bütün avtomobillər nəzarətdədir. Xüsusən də şəhərdə bahalı avtomobil görən kimi, rəis dərhal zəng vurub bütün yol polislərinə tapşırıq verir ki, həmin avtomobil tapılıb saxlanılsın və şöbəyə gətirilsin. Həmin avtomobilin sürücüsü heç bir qayda pozmasa belə saxlayırlar, gətirirlər şöbəyə. Həmin avtomobilin sürücüsü Bayram Zeynalovu “görməsə” ona avtomobili çıxarmaq qadağan edilir. Şəxsi avtomobili əlindən alınan sütrücü də məcbur olub şöbə rəisi Bayram Zeynalovu “görür” və sonradan maşını cərimə meydançasından çıxarır. Başqa çıxış yolu yoxdu, şəhərə təzə və ya bahalı avtomobil daxil olan kimi yol polisləri dərhal onu saxlayıb cərimə meydançasına aparır. Şəhərdə biabırçı vəziyyət yaranıb. Sumqayıt ərazisinə daxil olan təzə avtomobil qayda pozdu-pozmadı Bayram Zeynalovun yanına gətirilməli, orada soyulmalı, sonra buraxılmalıdır. Şəhərdə Bayram Zeynalovu “görmədən” heç kim avtomobil idarə edə bilmir. Dəhşətli vəziyyət yaranıb. Bütün avtomobil sürücüləri Bayram Zeynalova “haqq” verməlidir”.
Sumqayıtda plyonkalı avtomobil idarə edən 500 manat rüşvət verməlidir
Sürücülər deyirlər ki, şəhərdə plyonka və pərdəli avtomobil idarə etmək üçün ayrıca qiymət də tətbiq olunub və bu bütün sürücülərə çatdırılıb. Həmin məbləği ödəyəndən sonra şəhərdə istənilən cür avtomobil idarə etmək olar: “Məsələn, 30-40 min manat dəyəri olan avtomobili idarə edən sürücü pərdə və plyonkalı avtomobil idarə etmək istəyirsə, bunun üçün hər 6 aydan bir yol polisinə 500 dollar ödəməlidir. Əksa halda avtomobil cərimə meydançasına salınacaq, sürücüyə protokol tətbiq olunacaq, cərimələnəcək və ya şərlənəcək. Əgər həmin avtomobil pərdə və plyonkasızdırsa, o hər gün yol polisləri tərəfindən qanunsuz olaraq saxlanılıb cərimələnəcək. Ona görə də sürücülər bu məbləğlə razılaşmaq məcburiyyətində qalırlar. Bundan başqa, şəhərdə “Fifa” və sair yüksək səsgücləndirici siqnallardan istifadə etmək üçün avtomobil sahibi Bayram Zeynalova ildə 700-800 manat verməlidir. Əksa halda həmin avtomobildəki siqnallar yol polisi tərəfindən açılır, sürücü 100-200 manat cərimə edilir, 5 ballıq cərimə yazılır və sair”.
Şöbə rəisi barədə şikayətlər nəticəsiz qalır
Sürücülər deyirlər ki, onlar şöbə rəisinin bu hərəkətləri barədə dəfələrlə polisə, Daxili İşlər Nazirliyinə müraciət ediblər. Lakin, heç bir nəticə olmayıb. Əksinə, şikayət edən sürücü ondan sonra ümumiyyətlə şəhərdə avtomobil idarə edə bilmir. O yol polisləri tərəfindən tez-tez saxlanılır, qəza şəraiti törətmək kimi ağır maddə ilə cəzalandırılır və sürücülük hüququndan məhrum edilir. Buna görə də, daha bu şəxsdən heç kim şikayət edə bilmir. Sürücülər məcburiyyət qarşısında qalıb yol polisinin “haqqı”nı çatdırmalı olurlar.
Xatırladaq ki, Bayram Zeynalov Bütün Qafqazın şeyxi, Hacı Allahşükür Paşazadənin yaxın qohumu, ictimaiyyət arasında “Hacı Mazan” kimi tanınan Hacı Ramazan Zeynalovun oğludur. Bir müddət əvvəl Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsində aparılan yoxlama zamanı şöbə rəisi Azad Məmmədov və digər 4 yüksək rütbəli zabit vəzifəsindən azad edildi. Təxminən bir ay sonra isə həmin vəzifəyə Bayram Zeynalov təyin edildi.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər