BolgeXeber.Com » Bölgə » Bacıoğlu dayısının müdafiəsinə qalxıb?

Bacıoğlu dayısının müdafiəsinə qalxıb?

1-04-2013, 20:20
Oxunub: 4 850 Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Ağsuda yaratdığ imperiyanı qorumaq üçün bütün imkanlarını işə salıb

Ötən həftə pia.az Ağsu rayonunda icra başçısı Ənvər Seyidbəylinin öz qohumlarını ətrafvna yığaraq rayon sakinlərini istismar etmələri haqqında «Ağsu: bir ailənin özəl mülkü» adlı yazı dərc etmişdi.Ağsudan daxil olan əlavə məlumatda bildirilir ki, adı keçən yazı yayımlandıqdan sonra Bakıdan Ənvər Seyidbəyliyə qohumlarını işdən azad etmək barədə təlimat gəlib. Təlimat rayonda ciddi təşviş yaratsa da, icra başçısı məsələni bacısı oğlu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov vasitəsi ilə həll etməyi başarıb.

Məlumatda bildirilir ki, Səlim Müslümov yaxın qohumlarının vəzifələrini qurtarmaq üçün Prezient Adminstrasiyası ilə əlaqə yaradıb. Dövlət Sosial Müdafiə Fondunun sədri bildirib ki, rayonun asayişi bütün hallarda ondan asılıdır. Hər hansı bir halda rayondakı vəziyyətə müdaxilə etmək əlavə problemlər yarada bilər. Səlim Müslümov bütün hallarda rayondakı vəziyyəti öz nəzarəti altında saxladığını və bütün hallarda məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. Bundan sonra təlimat ləğv olunub və Ənvər Seyidbəyliyə bildirilib ki, rayonda baş verəcək hər hansı bir iğtişaşa görə birbaşa məsuliyyət daşıyır.

Qeyd edək ki, Səlim Müslümovun nəzarətində olan Ağsu rayonunda bütün gəlirli vəzifələr onun qohumları arasında paylaşdırılıb. Rayonun icra başçısı isə Ənvər Seyidbəyli isə Dövlət Sosial Müdafiə Fondunun sədrinin dayısıdır.

Yazıda adı keçən şəxslərin mövqelərini dərc etməyə hazırıq...