Qubanın icra başçısını kim döydürüb?
4-04-2013, 09:35
Oxunub: 7 012
Qubadakı “ayaq yanığının” gerçək səbəbi üzə çıxdı
Ziya Məmmədovun adamları “yanan-yıxılan” Mübariz Ağayevi bərk cəzalandırıb; 5 milyon manatın söhbətini eləyən RİH başçısı ağır xəsarətlər aldığı üçün işə də çıxmır
Quba Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Mübariz Ağayevin bir neçə gündür işə çıxmamasının şok səbəbləri varmış. Başçının işə çıxmaması ilə bağlı üç gün əvvəl yayılan xəbərlərdə səbəb kimi M.Ağayevin səhhətindəki problemlər göstərilirdi.
Lakin məsələ tamamilə fərqlidir. “Yeni Müsavat”a daxil olan məlumatda deyilir ki, icra başçısının üzündəki xəsarət izləri onun döyülməsi ilə bağlıdır.
Qaynağımızın iddiasına görə, M.Ağayev şimal bölgəsinin, o cümlədən Qubanın qeyri-rəsmi qubernatoru olan nəqliyyat naziri Ziya Məmmədovla görüşdən sonra bu vəziyyətdə görünüb: “İcra başçısının nə ayağı yanıb, nə də yıxılıb. Mübariz Ağayev öz patronu, onu bu vəzifəyə təyin etdirən şəxs, yəni Ziya Məmmədovun adamları tərəfindən döyülüb. Sir-sifəti acınacaqlı gündədir, ona görə adam arasına çıxa bilmir. Buna görə də Mübariz Ağayevin ayağının yanması şayiəsi buraxılıb”.
Qaynağımız qeyd edib ki, Z.Məmmədovun çətiri altında olan şəxsə qarşı bu dərəcədə amansız münasibəti səbəbsiz deyil: “Prezidentin Qubaya səfəri planlaşdırılıb. Bununla əlaqədar səfər ərəfəsində rayona baş çəkən Ziya Məmmədov şəhərin bərbad, yolların biabırçı durumda olduğunu görüb. Bunu Mübariz Ağayevə irad tutan Ziya Məmmədov gözləmədiyi halda kəskin reaksiya ilə üzləşib. ”Abadlaşdırma işlərinə 5 milyon manatı cibimdən xərcləmişəm, bunu km verəcək" - cavabı ilə qarşılaşan Ziya Məmmədov Mübariz Ağayevə əl qaldırıb. Sonra isə adamları başçını möhkəm döyüb".
Qeyd edək ki, saytlar M.Ağayevin yanması xəbərini dəqiqləşdirmək üçün Quba Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıblar. Quba RİH ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin baş məsləhətçisi Tariyel İbrahimov bu barədə məlumatı olmadığını və məsələ ilə bağlı dəqiqləşdirmə apardıqdan sonra məlumat verəcəyini söyləsə də sonradan hər hansı konkret cavab verməyib.
Lakin bir müddət keçdikdən sonra RİH başçısının müavini Yusif Abidov aznews.az saytı ilə əlaqə saxlayaraq informasiyanın mənbəyi ilə maraqlanıb. Hədələyici ifadələrlə danışan müavin sayta hər hansı açıqlama vermək əvəzinə xəbərin haradan sızdığını öyrənməyə çalışıb. Y.Abidov ona ünvanlanan suala isə çox qısa cavab verməklə kifayətlənib: “Nə olar ki?! Adamın ayağı sürüşüb yıxılar da. Burada nə var ki?!”
Sonda qeyd edək ki, Mübariz Ağayev icra başçıları arasında mətbuatla əlaqədən çəkinməyən azsaylı məmurlardan sayılır. Məsələ ilə bağlı M.Ağayevin də mövqeyini dərc etməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər