BolgeXeber.Com » Bölgə » Şamaxıda dəhşətli antisanitariya- VİDEO

Şamaxıda dəhşətli antisanitariya- VİDEO

5-04-2013, 18:40
Oxunub: 5 251 Sakinlər zibil poliqonunun tullantılarından əziyyət çəkir
Şamaxıda ətrafa səpələnən məişət tullantıları hər gün xoşagəlməz mənzərə yaradır. Orada yaşayanlar bu zibil paliqonunun töküntülərindən əziyyət çəkir. Şamaxı şəhər sakinlərinin sözlərinə görə, bu poliqon ərazisi qeyri-qanunidir və məişət tullatılarının idarə olunması yalnız onların daşınaraq bu əraziyə gətirilməsi ilə yekunlaşır.

Yaşayış massivinin 20 metirliyində yerləşən zibil poliqonu açıq havada qalır, Günəş şüalarından alışıb yanır, bəzi hallarda qəsdən yandırılır.

Şamaxı rayon mənzil komunal istismar idarəsindən şifahi olaraq bildiriblər ki, zibil poliqonun yeri dəyişdiriləcək və bunun üçün yer də ayrılıb. Lakin yerdəyişmənin nə vaxt həyata keçiriləcəyi hələlik sual altındadır. Ümid edək ki, mənzil komunal istismar idarəsinin rəhbərliyi movcud problemi qısa zamanda həll edəcək və sakinlər bu üfunətli qoxudan, xəstəliklərin baş qaldırdığı yerdən azad olacaqlar.
ans