Masallıda 100 hektar çay əkiləcək
6-04-2013, 10:45
Oxunub: 5 863
Yaxın vaxtlarda Masallıda 100 hektar sahədə yaşıl çay plantasiyası salınacaq. Bunu jurnalistlərə açıqlamasında Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov deyib.
R. Hüseynov çayçılığın inkişaf etdirilməsi ilə bağlı hazırda xüsusi dövlət proqramı üzərində iş aparıldığını diqqətə çatdıraraq, ümumilikdə Masallı rayonunda 1300 hektar sahədə yaşıl çay plantasiyasının salınmasının nəzərdə tutulduğunu bildirib: “Masallı hələ sovet dönəmində yaşıl çay yarpağı istehsalına görə respublikada öncül yerlərdən birini tutub. Biz yerli əhalinin dədə-baba sənətinə çevrilmiş bu mühüm sahənin dirçəldilməsi üçün hökumətə müəyyən təkliflərimizi təqdim etmişik. İlkin mərhələdə rayonun Kolatan kəndi ərazisində 100 hektarda yaşıl çay plantasiyası salmağı, sonrakı mərhələlərdə əkin sahələrini tədricən genişləndirməyi nəzərdə tutmuşuq”.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər