BolgeXeber.Com » Bölgə » Daha bir icra başçısı yola salınacaq ?

Daha bir icra başçısı yola salınacaq ?

6-04-2013, 12:15
Oxunub: 5 758 Redaksiyaya daxil olan məlumatlardann məlum olur ki, Füzuli rayonunun icra başçısı Alı Alıyev vəsifəsindən çıxarılan növbəti məmur ola bilər.Qeyd edək ki,Füzuli rayonu əhalisinin ən çox narazı qaldığı rayonlardan biridir.Bunu Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev haqda redaksiyamıza mütəmadi olaraq çoxlu sayda daxil olan şikayətlər də təsdiqləyir. Rayon İcra Hakimiyyətindəki mənbələrin məlumatına görə, əhali arasında A.Alıyevə olan etimad və hörmət sürətlə itməkdədir.Rayonda baş verən çoxsaylı özbaşnalıqlar davamlı olaraq mətbuatda işıqlandırılır. Məsələn dəfələrlə vurğulanıb ki, yarısından çoxu işğal altında olan rayonun rəhbəri Alı Alıyevin pul qazanmaq həvəsi bütün digər məsələləri bir kənara buraxıb.Rayonda bütün gəlirli sahələr, heyvandarlıq kompleksləri və digər işlərin hamısı icra başçısının əlində cəmləşib.
Bütün bunlar da əlbəttə hakimiyyəti narahat etməyə bilməz.Daxil olan məlumatlarda bütün bu səbəblərə görə də icra başçısının bu yaxınlarda vəsifəsindən kənarlaşdırılacağı bildirilir.Bundan başqa qeyd olunur ki, Alıyevi Füzuli rayonuna icra başısı təyin etdirilməsində və icra başçısının hal-hazırda arxalandığı Meliorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə də bu dəfə onu qoruya bilməyəcək.