Xətaidə 40 ilin parkını yerlə-yeksan edildi
6-04-2013, 15:20
Oxunub: 4 978
Xətai rayonunda istirahət parkı dağıdılıb. Məlumata görə, Əhmədli qəsəbəsi Məzahir Rüstəmov 21 ünvanında yerləşən parkın ərazisi tikinti üçün qazılıb. Adıçəkilən parkın yanındakı bina sahiblərinin sözlərinə görə, qazıntı işlərinə ötən gündən başlanılıb. 40 ildən çox yaşı olan və dövlət tərəfindən salınan parkın əvvəlcə baş hissəsi, sonra isə çıxışı qazılıb. Lakin əhalinin müdaxiləsi fəhlələrin işini yarımçıq qoyub.
"Ötən gün bizimlə qazıntı işləri aparanlarla dava-dalaş oldu. Onları parkdan çıxara bildik. Gecə saat 01:00-a kimi parkda növbə çəkmişik. 200x100 metrə yaxın sahəsi olan parkda 40-50 yaşı olan ağaclar var. Qazıntı işləri aparanları qovandan sonra öz gücümüz hesabına qazılan quyulardan birini doldurduq. Lakin o biri dərin olduğu üçün onu bağlaya bilmədik. İşçilər bizə ətraflı məlumat verməsələr də, parkın ərazisində nə isə tikiləcəyini dedilər", deyə sakin Kərəm Məhərrəmov ans press-ə bildirib.
Onun sözlərinə görə, hazırda da bina sakinləri parkın qazılmasının və ağacların kəsilməsinin qarşısını almaq üçün parka toplaşıblar. Hazırda sakinlər Prezident aparatı, İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinə müraciət hazırlayırlar.
Xətainin icra başçısı Razim Məmmədov buna qədər də yaşıllıqlara qarşı arqessiyası ilə diqqətə gəlib. Amma nədənsə kimsə bu yaşıllıq qəniminə söz deyəcək, onu durduracaq durumda deyilmiş kimi bir təəssürat var...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər