Sumqayıtda Məşğulluq Mərkəzi nə işlə məşğuldur?
9-04-2013, 12:25
Oxunub: 5 891
Məlumdur ki,dünyada davam edən maliyyə böhranı Azərbaycandan heç də yan keçməyərək bizə də toxunduğundan ölkədəki işsizlərin sayı daha da çoxalıb və bu tendensiya günü-gündən artmaqdadır. Acınaqlıdır ki, əslində vətəndaşları işlə təmin olunmasına kömək məqsədilə hökumət tərəfindən böyük büdcə pulları hesabına yaradılan və fəaliyyət göstərən Məşğulluq Mərkəzlərindən adi vətəndaşlar yox,ancaq bu dövlət idarələrində işləyən məmurlar cürəbəcür qanunsuz yollarla qazanc götürür. Müşahidələr göstərir ki,Azərbaycanda mövcud olan Məşğulluq Mərkəzlərinin fəaliyyəti çox zaman sırf görüntü xarakteri daşıyır , onlar açılmasına əhali ilk baxışdan sevinsə də əslində vəziyyət heç də qənaətbəxş deyil.Məşğulluq idarələrində məmurlar çox zaman ora iş tapmaq ümidilə gələn vətəndaşların sadəcə başını aldatmaqla məşğuldur.Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin təşkil etdiyi Əmək Birjalarında normal iş tapmaq demək olar ki,mümkün olmadığından əhali bu cür birjalara ümidini artıq çoxdan itirib.Formal xarakter daşıyan və daha çox xala-xətrin qalmasın deyə Bakıda və əyalətlərdə keçirilən bu cür birjalarda təqdim olunan normal iş yerləri həddən artıq ixtisaslaşmış olur,əksər iş yerlərinin maaşı isə çox aşağı olur.Bu cür iş yerlərinin vəd etdiyi maaş (100-200)kommunal xidmətləri belə ödəmədiyindən onunla ən sərt qənaətlə belə dolanmaq mümkün deyildir.Bolgexeber.com –un əməkdaşı Sumqayıt şəhər Məşğulluq Mərkəzində olarkən onun fəaliyyəti ilə bağlı maraqlı məqamlar üzə çıxarıb.Belə ki,Sumqayıt Məşğulluq Mərkəzində işsizlərə təqdim edilən iş yerlərinin siyahısındakı vakant yerlərinin əslində həqiqqətə uyğun olmaması üzə çıxıb.Guya ki,real iş yeri verilən məlumatlardakı mobil telefon nömrələrinə zəng zamanı məlum olub ki,iş yerləri haqda məlumtlar təzə yerləşdirilsə də,işəgötürənə işçi-zad lazım deyil.Bir neçə sahibkar isə özü etiraf etdi ki, məlumatları yerləşdirməyə onları icra hakimiyyətindən və Məşğulluq İdarəsindən məcbur edirlər.Buna etiraz edən işverənlərə isə deyilir ki,zəng edəndə cavab verin ki, artıq adam tapılıb.Hətta vergi işçiləri özləri belə açlq-aşkar müəissə sahiblərinə deyirlər ki, ancaq kağızda, rəsmən ,yalandan hər il bir neçə işçi artıq götürsünlər.Çünki bu dövlət proqramıdır və bu barədə prezidentin göstərişi var.Sumqayıt Məşğulluq Mərkəzində isə ən gülməli olan, iş yerləri haqda məlumatlar arasında Sumqayıt Musiqili Dram Teatrında maaşı 120-130 manat olan balet artisti və orkestr musiqiçisi haqda vakant iş yerinin olmasıdır. Bolgexeber.com mövzu ilə bağlı araşdırmalarını davam etdirir və yaxın zamanlarda Sumqayıt Məşğulluq Mərkəzində baş berən neqativ hallar barədə geniş material hazırlayıb oxuculara təqdim edəcək.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər