BolgeXeber.Com » Bölgə » Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb

Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb

5-09-2019, 14:33
Oxunub: 5 230 Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşübPrezident cənab İlham Əliyevin əhalinin problemlərinin öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daima diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır.

Bolgexeber.com xəbər verir ki, Alı Alıyevin növbəti səyyar-qəbul görüşü Füzuli rayonundan olan məcburi köçkünlərin sıx məskunlaşdıqları Beyləqan rayonunda keçirilmişdir. Görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, xidmət təşkilatları və ictimaiyyət nümyəndələri iştirak etmişdir.

Alı Alıyev bildirmişdir ki, bu cür görüşlər ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq mütəmadi olaraq keçirilir. Alı Alıyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Hər il minlərlə məcburi köçkün ailəsi dövlət vəsaiti hesabına inşa edilən yeni qəsəbələrdə mənzil və evlə təmin olunur. Məcburi köçkünlərin mənzil, təhsil, sağlamlıq problemlərinin həllinə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görülür.

Beyləqan rayonunda da bütün zəruri sosial-texniki infrastrukturu olan məcburi köçkün ailələri üçün inşa edilmiş yeni qəsəbə istifadəyə verilib. Beyləqan rayonunda Füzuli rayonundan olan 1078 məcburi köçkün ailəsi məskunlaşmışdır. Onlardan həmin qəsəbəyə, məktəblərdə və digər ictimai binalarda müvəqqəti məskunlaşmış, uzun müddətdir ən ağır şəraitdə yaşayan 88 məcburi köçkün ailəsi köçürülmüşdür.

Görüşdə Beyləqan rayonunda məskunlaşmış füzulili məcburi köçkünlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Məcburi köçkünlər tərəfindən qaldırılan problemlər, təklif və müraciətlərin bəziləri rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərlərinin isə həll edilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmişdir.

Görüş zamanı çıxış edən məcburi köçkünlər dövlət tərəfindən hər tərəfli qayğı ilə əhatə olunduqlarını, məcburi köçkünlər üçün nəzərdə tutulan bütün güzəşt və imtiyazlardan istifadə etdiklərini bildiriblər. Məcburi köçkünlər, göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına və ölkənin birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd ediblər ki, ən böyük arzuları işğal altında olan torpaqlarına, öz ata-baba yurdlarına qayıtmaqdır.
Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb
Alı Alıyev Beyləqanda məskunlaşan Füzuli rayonundan olan məcburi köçkünlərlə görüşüb