BolgeXeber.Com » Bölgə » Azərbaycanda daha bir əsgər ölümü

Azərbaycanda daha bir əsgər ölümü

12-04-2013, 10:55
Oxunub: 5 115 Daxili Qoşunların Bakıda yerləşən N saylı hərbi hissəsində faciəvi hadisə baş verib

Hərbi mənbələrdən verilən məlumata görə, aprelin 3-də Saatlı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi xidmətə aparılan gənc əsgər, 1995-ci il təvəllüdlü Hüseynov Fərman Sərvan oğlu özünü kazarmanın 3-cü mərtəbəsindən atıb. 18 yaşlı gənc əsgər hospitalda dünyasını dəyişib.Daxili Qoşunların Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Təranə Məmmədova faktı təsdiqləyib. O bildirib ki, hadisənin intihar və ya bədbəxt hadisə olması hələlik məlum deyil və araşdırmalar aparılır.