BolgeXeber.Com » Bölgə » Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO

Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO

19-10-2019, 12:41
Oxunub: 5 647 Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTOTərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndəliyin Qazyan kəndində oldu

Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət və digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Yuxarı Qapanlı kənd İƏD üzrə nümayəndə Azər Cabbarov kəndin sosial-iqtisadi inkişafı, əhalisi, onların məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı. Bildirdi ki, Qazyan kəndinin 200 təsərrufatı, 889 nəfər əhalisi, 1075 hektar ərazisi var. Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır. Kənd daimi işıq, qaz, içməli su ilə təmin olunub, Kəndin əsas yolunun asfaltlanması isə Dövlət Proqramına salınıb

Kənddə 1 ümumi orta məktəb, 1 körpələr evi-uşaq bağçası, 1 kitabxana, 1 ATS, 4 ticarət və iaşə obyekti fəaliyyət göstərir.

Bu il kənd əməkçiləri 144 hektarda taxıl, 82 hektarda arpa, 85 hektarda çuğundur, 201 hektarda pambıq əkiblər. Hər hektardan 40 sentner taxıl, 30 sentner arpa götürüb, 620 kq barama təhvil veriblər.

Qazyanlılar 201 hektar sahənin 100 hektarından 593 ton (birinci üz) pambıq toplayıblar, hələ 11 hektar birinci üz “ağ qızıl” durur. Tarlalarda isə məhsul boldur.

8000 m su arxları lildən təmizlənib, kəndarası yol təmir olnub, 1,5 hektarda bağ salınmış, 2 ədəd subartezian quyusu təmir edilmişdir.

İcra nümayəndəsinin məlumatından sonra, sakinlərin müraciətləri dinlənildi. Kənd ağsaqqalı, şəhid atası Şəmsəddin Kazımov kənd sakinlərinin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, fasiləsiz işıq, qazla təmin olunuruq. Problemli kreditlərə dövlətimiz tərəfindən güzəşt edildi, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün əmək haqqları, pensiyalar, təqaüdlər artırılıb. Bütün bunlara görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarıq.

Sonra ağsaqqal nəvəsinin yeni tikdirdiyi evə qaz çəkilişi ilə bağlı müraciət etdi.

Sakinlərdən Yaqub Balakişiyev pay torpağının sahəsinin yenidən ölçülüb verilməsi, subartezian quyusunun təmiri, Müşfiq Axundov su kanallarının təmizlənməsi, Şəmşir Nuruyev oğlunun işlə təmin olunması, Sahil İsmayılov şəhid Salatın Əsgərovanın xatirə abidəsinin yanına su çəkilməsi, Mehriban Əliyeva isə evinə içməli suyun çəkilməsi ilə bağlı müraciət etdilər.

Edilən müraciətlərlə bağlı rayon rəhbəri tərəfindən əlaqədar qurumlara müvafiq tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əhalinin sosial müdafiəsi və sosial rifahının yüksəldilməsi istiqamətində görülən işlərdən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə şəhid ailələrinə birdəfəlik ödəmə verilməsinin, minimum əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasından, minimum pensiyanin, tələbələrin təqaüdlərinin əhəmiyyətli dərəcədə

artırılması, qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla bütün növ müavinətlərin 100 faiz həcmində artırıldığını diqqətə çatdırdı.

Rayon rəhbəri qəhrəman tərtərlilərin əmək cəbhəsində qazandıqları uğurları da dilə gətirdi, tarlalarda bol məhsul olduğunu bildirdi. Bu il də tərtərlilərin pambıq toplanışında birincilər sırasında, qarşıya qoyulan hədəfləri keçəcəklərini qeyd etdi.

Qəbuldan sonra rayon rəhbəri şəhid atası Şəmsəddin Kazımovun ailəsində olub, onların qayğıları ilə maraqlandı.
Bolgexeber.com
Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO
Növbəti səyyar qəbul-görüş Qazyan kəndində oldu-FOTO