Müstəntiq zərərçəkəni necə müqəssirə çevirib?
18-04-2013, 15:45
Oxunub: 5 951
Abşeron rayon polis şöbəsində anoloqu olmayan hadisə baş verib. Belə ki, Aşağı Güzdək sakini Məhəmməd Zeynalovun Bolgexeber.com-a açıqlamasından belə məlum olur ki, Abşeron rayon polis şöbəsinin müstəntiqi Nəriman Xankişiyev öz vəzifəsindən süni istifadə edərək zərərçəkmişi orjinal surətdə müqəssirə çevirib.Məhəmmədi polis şöbəsinə gətirən hadisə isə qonşusu Əhmədov Hafizin yanvarın 9-da axşam saat 8-də onun mobil telefonuna zəng etməsindən başlayıb.Belə ki, Hafiz zəng edərək onunla görüşmək istədiyini bildirib. Həyat yoldaşı ilə birlikdə hüzrdən qayıdan Məhəmməd qonşusu ilə söhbət etmək üçün maşından düşən kimi gözlənilmədən qonşusunun və onun oğlunun qəzəbinə tuş gəlib.Məlum olub ki, Hafiz qonşuların birgə pulu və səyi ilə daşlardan salınan yolun axıracan onun həyəti tərəfə tam çəkilməməsindən narazı qalıb.
Xatırladaq ki, Məhəmmədin bildirdiyinə görə qonşusu tökülən daşlara görə 20 manat pul versə də əslində onun həyəti tərəfə, verdiyi puldan dəfələrlə çox qiymətdə daş atılıb və bu baxımdan Hafizin narazı qalmasından heç bir əsas olmamalıdır. Sadəcə olaraq küçəni abadlaşdırmaq üçün palçığın üstünə atılan daş nə qədər olubsa yol da oraya kimi çəkilib.Mübahisəyə səbəb olan məsələnin mənəvi tərəfinə baxanda da əgər Məhəmməd öz qonşusuna qarşı ədalətsizlik edən idisə bir müddət əvvəl, öz özü imkansız ola-ola heç kimsdən pul ummayaraq öz cibindən 700 manat xərcləyərək ümumi həyətin yoluna təkbaşına daş tökdürməzdi.Ancaq görünür Hafiz ədaləti olduğu kimi yox, özünə sərf edən şəkildə gördüyündən normal şəkildə məsələni aydınlaşdırmaq əvəzinə gücə əl atıb və Məhəmmədin yaxasından yapışaraq onu yumruğlamağa başlayıb.
Bu işdə ona, Məhəmmədə qəflətən arxadan hücum çəkən oğlu da kömək edib. Həyat yoldaşının al-qana boyandığını görən Sevinc Əzizova maşından düşərək onu azğınlaşmış ata-balanın əlindən almaq istəyərkən yumruqlardan biri ona da dəyib.Həmçinin təsadüfən Hafizin oğlunun atdığı yumruqlardan biri atasının burnuna dəyib.Qonşusunu döyəndən sonra ata və oğul hadisə yerindən maşınla tez uzaqlaşıblar.Məhəmməd isə həmin gün Abşeron rayon polis şöbəsinə gələrək döyülməsi ilə bağlı şikayət ərizəsi yazıb.Məsələnin ən maraqlı hissəsi isə elə bundan sonra başlayıb.
İş orasındadır ki,Məhəmməd latınca nə yaza, nə də oxuya bildiyindən müstəntiqə izahatı kirilcə yazacağını bildirib.Müstəntiq Nəriman Atakişiyev isə bunun heç bir problem olmadığını deyib. Hadisəni olduğu kimi yazandan sonra Məhəmməd yoldaşı ilə evə qayıdıb.Ancaq üstündən bir müddət keçəndən sonra- mart ayının 18-də qəsəbənin icra nümayəndəsi Fikrət müəllim Məhəmmədi və Hafizi yanına çağıraraq onlara barışmağı təklif edib, onlarda öz növbəsində barışığa razılıq veriblər.İlk baxışdan düşünmək olardı ki, xırda bir məsələdən ötrü qonşular arasında yaranan qanıqaraçılıq sülh yolu ilə aradan qalxdı.Bu baradə Məhəmməd istintaq şöbəsini rəisi Bilal müəllimə deyir, o da bu baradə,işi aparan müstəntiqi məlumatlandırır.
Ancaq sonra baş verənlərdən Məhəmməd şoka düşüb.” Mart ayının 19-da şöbəyə gedib N.Atakişiyevə bildirdim ki, biz artıq barışmışıq.Müstəntiq bu baradə Hahizə də zəng edərək soruşdu.Sonra müstəntiq kompyuterdə hazırladığı sənədi mənə təqdim edərək sənədə qol çəkmək lazım olmasını bildirdi.Mən latın əlifbasında nə oxuya, nə də yaza bildiyimdən düz 4 dəfə müstəntiqdən soruşdum ki, qol çəkdiyim sənəddə nə yazılıb? O isə hər dəfə cavablarında məni arxayın etdi ki,narahat olmayım, bu barışıq ərizəsidir.Yalnız polis şöbəsindən mənə məktub gələndən sonra anladım ki, müstəntiq məni aldadaraq mənim Hafizi vurmağımı etiraf etdiyim, məni təqsirli çıxaran sənədə qol çəkdirib.
Bu yolla o hətta latın dilində bilən həyat yoldaşımı da aldadıb. Belə ki, o yoldaşımı hər vəçhlə sənədi oxumasına imkan verməyib və onu inandırıb ki, bu elə “sizin” yazdığınızdır. Dəhşət orasındadır ki,izahatda qeyd edilib ki, yoldaşım mənim Hafizi yumruqlamasını təsdiq edir.Halbuki yoldaşımyazdığı izahatda tam əksini deyib. Müstəntiqin öz fantazyasının məhsulu olan izahatdan belə nəticəyə gəlmək olur ki, biz özümüzü günahkar, Hafizi isə zərərçəkən sayırıq.Müstəntiqin qanunsuzluğu bununla bitməyib. Məhkəmədə məlum olub ki,o mənim xəbərim olmadan mənə Fazil Həsənov adlı bir vəkil tutub, və guya ki mən də bunu öz əlimlə təsdiqləmişəm”.Məhəmməd məhkəmədə bildirib ki,vəkilini heç üzdən belə tanımır.
Bu sadəcə N.Atakişiyevin onun başına açdığı oyunun-planın yalnız bir hissəsidir. Məhəmmədin Bolgexeber com-a bildirdiyinə görə çox guman ki, müstəntiq bu qanunsuzluğu etməsinə görə Hafizdən pul alıb.”Yoxsa onun nə marağı var idi ki?”-Məhəmməd bildirib.Onun bildirdiyinə görə hətta Hafizin qardaşı küçədə onunla rastlaşanda ona deyib ki “1500 manat xərcimiz çıxıb, o pulu ver barışıq olsun”.Bundan başqa qeyd edək ki, Hafizin adı qəsəbədə əvvəllr də şübhəli məsələlərdə mənfi olaraq hallanıb. Belə ki o 3 dəfə ayrı-ayrı adamları məhkəməyə verib və hər dəfə də udub. Bir dəfə isə hətta 30 qəpiyə görə bir satıcını məhkəməyə verib.
Aprelin 15-də keçrilən məhkəmənin ilk iclasında - tanışlıq məhkəməsində Məhəmməd özünün həqiqi vəkili iləAbşeron rayon məhkəmə binasının qapsında durarkən 2 nəfər şübhəli olaraq onların söhbətinə qulaq asıb. Sonra isə onlardan biri mobil telefonundan kiməsə zəng vuraraq deyib ki, “mən məhkəmənin qabağındayam siz hardasınız” Nəriman da burdadır, gəlirəm”.Bu danışıqdan sonra isə onlar gedib məhkəmədən 200-250 metr aralıqda saxladıqları ağ maşına miniblər.Sonra isə o görüb ki, Nəriman gələrək həmin maşına əyləşib.Məhəmməd güman edir ki,2 nəfərdən biri məhz üzünü belə görmədiyi “saxta vəkil”Fazil Həsənov adlı vəkil olub.
Onun bildirdiyinə görə bütün bunlar təsadüfü ola bilməz və izahatların dəyişdirilməsi də, Hafizin barışığa razılıq verməsini deməsi də, Məhəmmədi tora salmaq üçün qurulan planın tərkib hissələridir.Düzdür bu əsas olmasa da,maraqlıdır ki,Hafiz ilə müstəntiq “təsadüfən” həm də həmyerlidirlər.Məhəmmədi təəcübləndirən və narahatçılığına səbəb olan məqamlardan biri də müstəntiqin şöbədə olarkən ondan “sən bundan sonra da orda yaşayacaqsan,bilirsən də Hafiz də orda yaşayır?”sualı olub.
O çöx güman ki,bu sualı Məhəmmədə psixoloji cəhətdən mənfi təsir etmək üçün verib.Məhəmmədin bildirdiyinə görə onun kiril əlifbası ilə 2 dəfə yazdığı izahatların 2-si də işə aid olan materialların arasından çıxarılıb.Hafiz ilə müstəntiqin əlbir olaraq Məhəmmədi şərləməsi nəticəsində heç bir günahı olmayan üstəlik döyülən zərərçəkmiş məhkəmə qarşısında durmalıdır. Qeyd edək ki, Məhəmmədin ittiham olunduğu cinayət məcəlləsinin 127.1 bəndi ilə o 2 iləcən həbs oluna bilər.
Halbuki, Hafizə sifətindən zərbəni bilməyərəkdən elə öz oğlu endirib və bu hadisədən bədən xəsarəti alan da yalnız Məhəmmədir ki, bunu da tibbi ekspertiza təyin edib.Bu baxımdan Hafizin də ciddi bədən xəsarəti alması haqda tibbi sənədin necə əldə etməsi müəmmalıdır.Görünür bu qanunsuzluqlara qol qoyan müstəntiq yadından çıxarır ki,dövlət onu, vəzifəyə qanunsuzluğu qorumaq üçün yox, qanunları təmin etmək üçün qoyub.Belə düşünmək olar ki, müstəntiq cəzalanmayacağına arxayın olduğu üçün belə addımlara gedir və çox güman ki,düşünüb ki,maddi cəhətdən kasıb,elə bir adamı olmayan adi vətəndaş ona nə edə biləcək ki?!
Və görünür o prezidentin qanunu pozan,vəzifə səlahiyyətlərini aşan məmurlara yönələn xəbərdarlığına-çıxışına yaxşı qulaq asmayıb.Prezident məlum çıxışında bildirib ki,məmur vətəndaşa ,qanuna,dövlətə xidmət etməlidir,özünə yox,vətəndaşa saymazyana yanaşmalıdır.Belə məmurlar isə mütləq cəzalanacaq.Buna görə ümid edirik ki,məhkəmə ədalətli qərar çıxaracaq,haqq-ədalət öz yerini tutacaq ,Məhəmmədə qarşı haqsızlıq edənlər qanuna müvafiq olaraq cəzalarına çatacaqlar.Hər halda zəhmətlə ailəsini birtəhər dolandıran,himayəsində müharibə iştirakçısı olan xəstə valideyin və bir azyaşlı uşaq atası olan Məhəmməd buna inanır.Çünki o öz dövlətini istəyir və ona arxayındır.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər