BolgeXeber.Com » Bölgə » Masallının icra başçısı əhali ilə səyyar görüşlərini davam etdirir

Masallının icra başçısı əhali ilə səyyar görüşlərini davam etdirir

19-04-2013, 10:55
Oxunub: 4 892 Bolgexeber.com xəbər verir ki,Masallı rayon İcra hakimiyyəti başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu Masallının Xanalyan kəndində keçirilmişdir.Görüşdə Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə əhalini salamlamış,sonra son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir Sakinlər əraziyə təbii qaz xəttinin çəkilməsinə, kəndin mərkəzi yolunun əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.Bundan sonra kənd sakinlərinin müraciətləri dinlənilmiş və bildirilmişdir ki, kənddə yol ,qaz ilə bağlı problem yaxın zamanlarda öz həllini tapacaq.Qeyd edək ki, icra başçısı Rafil Hüseynovun artıq necə vaxtır davam edən vətəndaşlarla keçirdiyi səyyar görüşlər rayonun digər ərazilərində də davam edəcək.
.