Şamaxı rayon doğum şöbəsində ananı şikəst etdilər!
20-04-2013, 12:10
Oxunub: 6 538
Dövlət xəstəxanalarının bir çoxunda vəziyyətin bərbad olması barədə mətbuatda dəfələrlə yazılıb. Bu məsələdə şəraitsizlik, antisanitariya və rüşvət öndə gəlir. Son günlər ən çox şikayət aldığımız xəstəxanalardan biri Şamaxı rayon doğum evidir.Şamaxi sakinlərini bildirdiyinə görə bu doğum evində “rüşvət ayaq açıb yeriyir”,burada olan ağxalatlılar isə özlərini bazar dəllalları kimi aprırlar.
Bolgexeber.com –a daxil olan məlumata görə Şamaxı rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində sözün həqiqi mənasında biabırçı vəziyyət yaşanıbBelə ki,bir neçə gün bundan qabaq şöbədə Arzu adlı qadın əməliyyat olunub .Əməliyyat zamanı isə onun damarları xəstəxananın həkimləri tərəfindən kəsilib.Lakin doğum evinin həkimləri qanı saxlaya bilmədiklərindən damarlar düyünləyib.2 gün sonra isə xəstənin ayağı ayağı qanqrena olduğundan kəsilib. Xəstəxanada saxlamlığına ciddi zərbə vurulan Arzu xanımın Bolgexeber.com-a bildirdiyinə görə o artıq onu bu hala salan doğum evinin müdirəsi - Nəzakət Abdulrəzəqovanı məhkəməyə verib.Bolgexeber.com –un əməkdaşları Nəzakət Abdulrəzəqova ilə əlaqə saxlayaraq ondan məsələ ilə bağlı aydınlıq gətirilməsini istəmişdir.Ancaq Nəzakət xanım cavabında özünə arxayın şəkildə bildirmişdir ki,”Nə edir etsin,məhkəməyə yox,lap hara istəyir versin.Bunlar boş-boş şeylərdir.Əli hara çatır-çatsın.Onsuz da mənə heç kim heç nə edə bilməz.Çünki mənim arxamda yüksək vəzifəli adam durur”və sairə bu sayaq sözlərlə açıqlama verib. Qeyd edək ki, doğum evi dövlət xəstəxanası ola-ola burada hər bir xidmət pulludur.Buna etiraz edən və öz hüquqlarını tələb edən binəva Şamaxı sakininə isə kobudluqla “xəstəxananın qapısı göstərilir,yəni onlar xəstəxana binasından qovulur. Bolgexeber.com-a bildirdiyinə görə bu xəstəxanada zahı qadınlara uşaq dünyaya gətirmək mininmum 500 manata başa gəlir.Edilən şikayətlərə əhəmiyyət verməyən Nəzakət xanım doğum üçün qiymətləri özü müəyyənləşdirib və ana olmaq istəyənlərdən həmin pulu almadan pasienti şöbəyə buraxmır. Məsələ isə belədir ki, qeysər yolu ilə doğum həyata keçirmək istəyən analar bunun üçün 500 manatdan çox pulundan keçməlidir.Təbii doğuş isə 400-500 manata başa gəlir.Üstəlik , bu xərclərdən əlavə tibb bacılarına, sanitarlara bələkpulu,muştuluqpulu adı ilə əlavə hörmət də etmək lazımdır. Hətta o deyir ki, yığdığı pullar tək ona çatmır. Çünki həmin pulların bir hissəsini Şamaxı rayon Mərkəzi Xəstəxanasının baş həkiminə çatır.
Mövzunu diqqətdə saxlayacaq.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər