Sumqayıt liftlərinə ayrılan vəsait necə talanır?
23-04-2013, 10:05
Oxunub: 10 290
Cümşüd İsmiyev prezidentin şəhər liftlərinin yenilənməsi üçün ayrdığı milyonlara "qənaət" edir
Aprelin 3-də prezident İlham Əliyev Bakı, Gəncə və Sumqayıt şəhərlərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı, Gəncə və Sumqayıtda dövlət mənzil fonduna aid olan çoxmənzilli binalarda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsi üçün ilkin olaraq 7 milyon manat ayrılıb. Vəsaitin 5 milyonu Bakı, digər 2 milyonu isə Gəncə və Sumqayıt üçün nəzərdə tutulub.
Bu gün isə "azeriNews.org"a Sumqayıt "Liftservis" İstehsalat Birliyinə ayrılan vəsaitlərin talanması ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Sumqayıt "Liftservis" İstehsalat Birliyinini sədri Cümşüd İsmiyev prezident İlham Əliyevin Sumqayıtda istismara yararsız liftlərin yeniləri ilə əvəz edilməsinə dair ayırdığı milyonlarla vəsaitin talanması yönündə hərəkətə keçib. Bu barədə danışan mənbə qeyd edir ki, Sumqayıt "Liftservis" İstehsalat Birliyinin əməkdaşları Cümşüd İsmiyevin təkidi ilə hər ay evlərdən 5-10 manatdan lift pulu yığırlar və keyfiyyətli xidmət göstərmirlər. Liftlər xarab olduqda da sakinlər əlavə pul ödəməli olurlar. Adını da qoyurlar ki, dövlət birliyə pul ayırmr. Belə olan halda dövlətin ayırdığı milyonlarla manat Cümşüd İsmiyevin cibinə daxil olur.
Bundan əlavə mənbə bildirir ki, uzun illərdir ki, sözü gedən istehsalat birliyində çalışan işçilərin maaş kartları da Cümşüd İsmiyev tərəfindən mənimsənilib. Bir sözlə birliyin işçiləri plastik kartlardan məhrum edilib. Məsələ ilə bağlı birliyin işçiləri icra hakimiyyətinə Cümşüd İsmiyevin özbaşınalıqlarından şikayətçi düşüblər. Lakin işçilərin bir qismi elə Sumqayıt Şəhər İcra Hakimiyyətinin binasında həbs ediliblər. Bununla işilərin gözünün odunu alan birliy sədri növbəti özbaşınalıqlarına imza atıb. Gözü doymayan Cümşüd İsmiyev birliyin işilərinə şəhər liftlərinin mis naqillərinin oğurlanması tapşırığını da verib. Gecələr Sumqayıt liftləridə oğurluqla məşğul olan birliy işçiləri sonradan həmin liftlərin təmiri üçün sakinlərdən külli miqdarda pul toplayır. Bununla da Cümşüd İsmiyev dövlət başçısı İlham Əliyevin Sumqayıtda liftlərin təmiri və yenilənməsi üçün ayrılan vəsaitlərə "qənaət" edir. Mənbə bildirir ki, Sumqayıt "Liftservis" İstehsalat Birliyinə uzun illər rəhbərlik edən Cümşüd İsmiyev milyonlarla ölçülən obyektlərə sabib olub. Deyilənlərə görə, Sumqayıtın "lift kralı" Cümşüd İsmiyev şəhərdə iri obyektlərə sahibdir. Bununla yanaşı "lift kralı"nın Novxanıda yerləşən villasında saxladığı bahalı itlərinin qiyməti 5-10 min manat arasında olduğu deyilir.
Məsələ ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə Sumqayıt liftlərinin acınacaqlı vəziyyətə salındığını və eyni zamanda Cümşüd İsmiyevin uzun illər ərzində taladığı milyonlarla vəsaitin hesabına inşa etdirdiyi dəbdəbəli restoranlarının və obyektlərinin siyahısını dərc edəcəyik.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər