BolgeXeber.Com » Bölgə » Şəki Musiqi Texnikumu Sərdar Şərifovun qanunları ilə işləyir

Şəki Musiqi Texnikumu Sərdar Şərifovun qanunları ilə işləyir

23-04-2013, 14:10
Oxunub: 5 850 O, Şəkidə kimlərin adından istifadə edir?

Şəki Musiqi Texnikumu deyəsən bütövlükdə Təhsil Nazirliyi tərəfindən unudulub. Çünki iddia olunur ki, təhsil ocağı mövcud qanunlarla, Təhsil Nazirliyinin göstərişləri ilə yox, texnikumun direktoru Sərdar Şərifovun qanunları ilə işləyir.
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Sərdar Şərifov demək olar ki, qəbuldan tutmuş, smestr imtahanlarına qədər hər bir şeyi az qala pullu xidmətlə əvəzləyib. Məsələn, bildirilir ki, ötən il bir tələbənin qəbulu üçün 4 min manat pul ödənməli idi. Bundan başqa aydın olub ki, dərsə aylarla gəlməyən tələbələrdə var. Bunun üçün isə sadəcə olaraq öncədən direktor Sərdar Şərifovu görmək lazımdır. Mənbə bunu da bildirir ki, məktəbdə musiqi təhsili olmayan müəllimlərə də rast gəlmək olar ki, bunlarda Sərdar Şərifovun yaxın çevrəsidi. “unikal”a daxil olan məlumatda buda bildirilir ki, hətta Sərdar Şərifov yerli icra strukturlarını da saya almır və belə bir rəy yaradıb ki, güya onun arxasında duran baş nazirin müavini Abid Şərifovdur. Əslində isə onun zaman-zaman kimlərinsə adından istifadə etdiyi söylənilir. Sonda bunu da qeyd edək ki, 15 illik fəaliyyətdən sonra Misir Mərdanov vəzifəsindən azad edildi. Hazırda isə Misir Mərdanovun yaxın çevrəsi olan və adları müxtəlif qanunsuzluqlarda hallanan şəxslər vəzifələrindən azad ediləcəklər. Hesab etmək olar ki, bu dəfə Sərdar Şərifov qanunsuz əməllərini gzlədə bilməyəcək. Gün ərzində qarşı tərəfin mövqeyini öyrənməyə çalışsaq da heç bir nəticə əldə edə bilmədik.
İnformasiya şöbəsi