Astaranın icra başçısı haqda şok məlumat
23-04-2013, 14:20
Oxunub: 6 507
Qəzənfər Ağayev narkotik qaçaqmalçısını həbsdən nə səbəbə qurtarıb?
Masallıdan Astaraya transfer olunan icra başçıs Qəzənfər Ağayevlə bağlı ilginc məlumatlar daxil olub. Redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, ötən həftə Astara Gömrük Keçid Məntəqəsində qalmaqal yaranıb. Qalmaqala səbəb isə 2 kiloqram çəkidə narkotik vasitə heroin olub. Astara Rayon İcra Hakimiyyətində çalışan işçilərdən birinin verdiyi məlumata görə, Azərbaycan ərazisinə 2 kiloqram çəkidə heroini keçirmək istəyən İran İslam Respublikasının vətəndaşı Abdulla Mirmövsümü gömrük işçiləri tərəfindən saxlanılıb. İlkin sorğu sualdan sonra İran vətəndaşı heroini Astaranın icra başçısı Qəzənfər Ağayev üçün gətirdiyini açıqlayıb. Bundan sonra məsələ ilə bağlı icra başçısı da məlumatlandırılıb. Qəzənfər Ağayev isə cəld tərpənərək məsələni yerindəcə "boğmağa" nail olub. İcra başçısı Astara gömrüyündə çalışan yaxın ətrafının köməkliyi ilə Abdulla Mirmövsümünü azad etdirərək, Azərbaycan ərazisinə daxil olmamaq şərti ilə narkotik qaçaqmalçısını geriyə İran ərazisinə buraxdıra bilib. Lakin Abdulla Mirmövsümünün Astaraya keçirmək istədiyi 2 kiloqram heroyinin aqibəti isə məlum olmayıb.
Qeyd edək ki, Astaranın icra başçısı Qəzənfər Ağayev fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kurasiyasına daxil olan icra başçılarından sayılır və inandırıcıdır ki, Qəzənfər Ağayevin Astara Gömrük Keçid Məntəqəsinə təsir imkanları böyük olsun.
Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Azerinews
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər