BolgeXeber.Com » Bölgə » Zəlzələdən ziyan çəkən Zaqatala sakininə qarşı haqsızlıq

Zəlzələdən ziyan çəkən Zaqatala sakininə qarşı haqsızlıq

24-04-2013, 10:50
Oxunub: 4 839 Redaksiyamızın elektron poçtuna Zaqatala rayonu Gözbarax kənd sakini Ramin Rafiyev tərəfindən məktub daxil olub.
Məktubun tam mətnini oxucularımıza təqdim edirik. "Zəlzələ olana qədər həmin evdə yaşayırdıq. Zəlzələ nəticəsində ev dağıldı. Yaşamaq mümkün olmadı. Əşyalarımızı da götürə bilmədik. Artıq zəlzələdən 1 il ötüb, ev gündən-günə tanınmaz hala düşür. Evi babam sağlığında şifahi olaraq anama vəsiyyət etmişdi. Xəstə olduğu üçün sənədləşmə işləri apara bilmədik. Mənim də yeni mənzil tikmək imkanım yoxdur. FHN-i zəlzələdən dağılmış evi qəzalı kimi göstərərək, akt tərtib edib tikəcəklərini bildirdilər. Məndən sənəd tələb etdilər, lakin sənədlərimə məhəl qoymayaraq evimi tikmədilər"