BolgeXeber.Com » Bölgə » Ağcabədinin kəndində elektrik enerjisi olmadığından orta əsrlər yaşanır

Ağcabədinin kəndində elektrik enerjisi olmadığından orta əsrlər yaşanır

24-04-2013, 12:00
Oxunub: 4 735 Bolgexeber.com-un redaksiyasına Ağcabədi rayon sakinindən kənddə elektrik enerjisinin olmaması ilə bağlı şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi oxuculara təqdim edirik:”Hörmətli Bölgexeber ,mən Məmmədov İadət Əhməd oğlu Ağcabədi Rayonunun Böyük Avşar kəndində yaşayıram. 21-ci əsrdə elektrik enerjisinə möhtacıq desək bəlkə də heç kim inanmayacaq.Amma bu bir həqiqətdir.Hörmətli redaksiya bu gün biz lampa işıqından istifadə edirik.Evimə elektrik enerjisinin çəkilməsi üçün Ağcabədi Elektrik paylayıcı şəbəkənin müdirinə dəfələrlə müraciət etmişik ki, bizim evimizə elektrik xətti çəkin. Şəbəkənin müdiri bildirib ki, pulun varsa gəl sənın evinə işıq çəkək yoxdursa sizə işıq yoxdur. Bununla bağlı bir sra dövlət orqanlarına müraciət etsəkdə bizə heç bir köməklik olunmayıb. Hörmətli agentlik son ümüdümüz sizədir xahiş edirik bizim səsimizi Cənab Prezidentimiz İ.Əliyevə çatdırın.Biz inanırıq ki, Cənab prezidentimizin məlumatı olsa bölgələrdə at oynadan məmurların layiqli cəzasını verəcək”.
Movzunu diqqətdə saxlayacağıq
Bolgexeber.com