Biləsuvarın içra başçısı sahibkarların qabağına “çin səddi” çəkib
26-04-2013, 09:15
Oxunub: 5 005
Biləsuvarda sahibkarların etirazı gözlənilir
Biləsuvar rayonunda sahibkarlarla icra başçısı arasında ciddi narazılıq yaranmağa başlayıb. Hələ xeyli əvvəldən baş qaldırmış proses artıq ən pik həddə çatıb.
Rayondan verilən məlumata görə, icra başçısı Mahir Quliyev neçə müddətdir ki, rayonun mərkəzi küçəsi boyunca yerləşən evlər və dükanlar görünməsin deyə hasarlama işlərinə start verib. İndiyə qədər bunun üçün 5-6 milyon manat ayrıldığına dair məlumatlar var.
Əməkdaşımızla danışan sahibkarlar bildiriblər ki, bu hasar tikiləndən sonra əksər dükanlar hasarın arxa tərəfində qalır ki, bu da onların ticarətlərinə mane olur. Üstəlik, inşa olunan hasarların hündürlüyü 2,1 metrdir ki, bu da yolla gedənlərin həmin dükanı görə imkanını sıfra endirir.
Qeyd edək ki, bu hasar tikildikdən sonra hər bir dükanın qarşısına çıxmaq üçün yoldan ora giriş qoyulmalıdır. Amma Biləsuvarın icra başçısı bu giriş qapısı məsələsini özü üçün əsl qazanca çevirib. Belə ki, o və adamları sahibkarlara xəbər göndəriblər ki, hər dükan 250 manat pul verməsə, onların dükanlarının qarşısına giriş qoyulmayacaq.
Sahibkarlar deyirlər ki, bu açıq şəkildə özbaşınalıqdır və bunun qarşısını almaq üçün bir neçə dəfə rayon rəhbərliyinə etirazlarını çatdırıblar. Onlar bu şikayətlərinə məhəl qoyulmadığını deyərək, başqa yolları qalmadığını vurğulayırlar. Belə ki, onlar aksiya keçirəcəklərini deyirlər.
Onu da qeyd edək ki, anoloji problem magistral yol üstündə yerləşən başqa bir rayonda – Qaradağ rayonunda da yaşanmaqdadır. Belə ki, icra başçısı Süleyman Mikayılov magirstral yol boyunca əməlli-başlı “Çin Səddi”nin analoqunu yaradıb ki, bunun da nəticəsində nəinki ticarət obyektləri görünməz olub, hətta uşaq xəstəxanası, orta məktəb kimi mühüm ünvanlar da sakinlər üçün əlçatmaza çevrilib.
Dia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər