Yardımlının icra başçısı sakinlərlə səyyar görüşlər keçirir
26-04-2013, 10:45
Oxunub: 7 059
Bolgexeber.com bildirir ki, Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmov rayonun bir sıra yaşayış məntəqələrində səyyar qəbullar keçirib. İcra hakimi Sevindik Hətəmov Bolgexeber.com-a açıqlamasında bildirmişdir ki, əhali ilə keçirilən səyyar görüşlərdə vətəndaşların şikayətləri dinlənilir, əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələri istənilir .Bundan başqa icra başçısı əməkdaşımızla söhbətində bildirmişdir ki. 2013-cü ilin I rübündə rayonda tikinti-abadlıq-quruculuq işləri sürətlə həyata keçirilmişdir. Şəhərin girişindən başlayaraq uzunluğu 4 km olan yolun hər iki istiqamətində müasir zövqə uyğun istinad divarları hörülmüş, həmin istiqamətdə yollar genişləndirilmiş, piyada səkiləri tikilmiş, küçə işıqları quraşdırılmışdir. Hazırda işlər davam etdirilir. Eləcə də, şəhərin Heydər Əliyev, Ünəç, Daşkənd, Nizami küçələrində tikinti-abadlıq və yolların təmiri işləri, küçə işıqlarının quraşdırılması həyata keçirilmişdir.
Daxili imkanlar hesabına inşa olunan YAP Yardımlı rayon təşkilatının inzibati binasında son tamamlama işləri aparılır. Rayon Polis şöbəsi üçün tikilən inzibati binada tikinti işləri davam etdirilir. Rayon Statistika idarəsinin inzibati binası açılışa hazırdır. Mədəniyyət və istirahət parkındakı fəvvarə müasir zövqə uyğun olaraq yenidən qurulur. Şəhidlər xiyabanı abidə kompleksi əsaslı təmir olunmuşdur. Hazırda, 1 ha sahədə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan Mərkəz və parkın tikintisində son tamamlama işləri aparılır. Şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev küçəsində 100 metrə yaxın yolun uçmuş hissəsi tez bir zamanda bərpa olunmuşdur. Yardımlı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə su və kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Belə ki, əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə “Sineyir” adlanan ərazidən həmin kəndlərə işməli su çəkilişi məsələsi “Azərsu” ASC qarşısında qaldırılmış, layihələndirmə işləri aparılmış və tikintiyə başlanılacaqdır.
Əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə rayon elektrik şəbəkəsi YeniYardımlı, Ərus və Sığnə yarımstansiyalarında və onlardan qidalanan xətlərdə təmir işləri aparmışdır. Rüb ərzində Elektrik şəbəkəsinin kollektivi rayon icra hakimiyyəti tərəfindən verilmiş tapşırıq və göstərişləri vaxtında icra etmiş, şəhərin abadlıq işlərinə maneçilik yaradan elektrik dirəkləri dəyişdirilmişdir. Şəbəkədə yaradılmış növbətçilik əsasında xətlərdə baş vermiş qəzalar vaxtında aradan qaldırılmışdır.
2013-cü ilin I rübü rayonumuzda təbii qaz abonentlərinin sayının artması ilə müşayət olundu. Belə ki, 42 abonenti olan Bilnə kəndinə, 280 abonenti olan Bozayran kəndinə təbii qaz verildi ki, bununla da təbii qaz istehlakçılarının sayı əhali sektoru üzrə 1554, qeyri-əhali sektoru üzrə 14-ə çatdırıldı. Hazırda, Yardımlı şəhərinin Ünəç küçəsində qazlaşma işləri davam etdirilir.
Rayonda yolların təmiri, yeni yolların salınması daim rayon icra hakimiyyətinin nəzarətində saxlanılmış və bu istiqamətdə təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, uzunluğu 3 km olan Ostayir yolu, tamamilə torpaq örtüklü və uzunluğu 1 km olan Əfçədulan yolu çınqıl örtüklə təmir olunmuş, Bozayran-Bürzünbül kəndləri arasında mövcud suötürücü qurğunun yağış suları nəticəsində sıradan çıxmış hissəsi tam bərpa edilmiş və əhalinin rahat gəliş- gedişi təmin olunmuşdur.
Uzun illər Sırıq və Horavar kəndləri arasında Viləş çayı üzərində körpünün tikintisi nəzərdə tutulsa da, körpünün quraşdırılması hazıra kimi mümkün olmamışdı. Lakin, daxili imkanlar hesabına artıq körpünün tikintisinə başlanılmış, 30 ton yük götürmə qabiliyyəti olan bu körpü yaxın vaxtlarda istifadəyə veriləcək, bununla da 10 kəndin körpü problemi birdəfəlik həll olunacaqdır.
İcra hakimi rayon sakinlərini diqqətlə dinlədikdən sonra qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən biz əhali ilə yerlərdə görüşüb onların problemləri ilə yerindəcə maraqlanır və tədbirlər görürük. Ölkə başçısı bu sahədə hamıya nümunə göstərir. Cənab prezident mütəmadi olaraq bölgələrə səfər edir, vətəndaşların güzəranı ilə yerindəcə tanış olur, onların təklif və rəylərini öyrənir. Biz də ilk növbədə yerlərdə əhali ilə səyyar qəbullar zamanı qaldırılan təkliflərin qısa zaman kəsiyində həllinə çalışırıq. Əsasən yolların abadlaşdırılmasına, asfaltlaşdırılmasına mühüm diqqət yetiririk. Əhaliyə təbii qazın verilməsi də ön plandadır.
Yardımlı rayon icra hakimiyyətindən verilən məlumata görə səyyar qəbullar bundan sonra da davam edəçək və səyyar qəbulların keçiriləcəyi bölgələrdə vətəndaşlar arzu və şikayətlərini birbaşa Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinə çatdırmaq imkanı əldə edəcəklər.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər