Astarada vəziyyət gərginləşməyə başlayıb
29-04-2013, 10:00
Oxunub: 5 195
Rayon camaatı Gömrük Məntəqəsi və İcra Hakimiyyətinin qarşısında aksiya keçirməyə hazırlaşır
Astarada vəziyyət gərginləşməyə başlayıb. Rayondan verilən məlumata görə, əhali son dövrlər baş verən hadisələr və üzləşdikləri problemlərdən bezərək, etirazlarını bildirmək üçün hazırlıq görürlər.
Məlumatda deyilir ki, artıq iki gündür rayon camaatı Gömrük Keçid Məntəqəsində ciddi problemlə üzləşiblər. Belə ki, İrana gedən yerli sakinlər oradan gətirdikləri müxtəlif ərzaq və qeyri-ərzaq məhsullarının keçirilməsinə görə, gömrükdə onlardan tələb olunan rüşvətin daha da artırıldığından şikayətçidirlər. Onlar artıq bu şəkildə davam etməsinin mümkün olmadığını deyərək, etiraz aksiyası keçirməyi düşünürlər.
Mənbə bildirir ki, aksiya keçirmək istəyənlər prosesi Astara Gömrük Keçid Məntəqəsinin qarşasından başlayıb, yürüş edərək Astara rayon İcra Hakimiyyətinin binası qarşısında davam etdirmək niyyətindədirlər. İcra Hakimiyyəti önündə aksiyanı davam etdirməyin səbəbi isə odur ki, icra başçısı Qəzənfər Ağayev də artıq rayonda sahibkarlardan aldığı haqqın miqdarını artırmaqdadır. Bir sıra təmir-tikinti işlərinə görə, sahibkarlardan tələb olunan pulların çox olması haqlı narazılığa səbəb olub.
Mənbədən verilən məlumatda o da deyilir ki, əgər Astarada aksiyalara start verilərsə, bu davamlı olacaq. Çünki onlara digər rayon sakinləri də dəstək verməyi planlaşdırırlar. Məsələn, Astaranın mərkəzi bazarında da ciddi narazılıq var. Xüsusən də Qəzənfər Ağayevin bazarı ələ keçirmək istəməsi onların qəzəblənməsinə səbəb olub.
tia.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər