BolgeXeber.Com » Bölgə » Şirvanda bir nəfər sevdiyi qızı öldürdü,sonra isə onun ata-anasını və özünü bıçaqladı
Şirvanda bir nəfər sevdiyi qızı öldürdü,sonra isə onun ata-anasını və özünü bıçaqladı
29-04-2013, 11:00
Oxunub: 6 414
Şirvanda bir nəfərin ölümünə, 3 nəfərin yaralanmasına səbəb olan ailə dramı baş verib. Bu barədə Bu barədə Bolgexeber.com-a Şirvan şəhər Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, bu gün axşam saatlarında Şirvan şəhəri, Ə.Qarayev küçəsi ev 13 ünvanında bıçaqlanma hadisəsi baş verib.
Həmin ünvanda yaşayan 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızı Şirvan şəhəri, Q. Qarayev küçəsi 63 ünvanında yaşayan, 1963-cü il təvəllüdlü Nəhmədov Savalan Əvəzağa oğlu tərəfindən qətlə yetirilib.
Belə ki, saat 18:30 radələrində Savalan Nəhmədov sevdiyi qızın evinə gələrək, onun atası, 1958-ci il təvəllüdlü Əliyev Rahil Hümbət oğlunu, anası, 1960-cı il təvəllüdlü Əliyeva Aidə Şamil qızını və nəhayət, sevdiyi 1997-ci il təvəllüdlü Əliyeva Maya Rahil qızını bıçaqla vurub. Hadisəni törədərək qaçan Savalan Nəhmədov küçədə özünə də bıçaqla xəsarət yetirib. Yaralılar Şirvan Mərkəzi Şəhər Xəstəxanasına yerləşdirilsələr də, 16 yaşlı Maya Əliyevanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər