Neftçalada məmur dövlət əmlkakını mənimsəyir-Foto
30-04-2013, 10:40
Oxunub: 5 737
Neftçala rayon Təhsil işçiləri Azad Həmkarlar Komitəsinin sədri idarənin xidməti avtomobilini polis əməkdaşı olan bacısı oğlunun istifadəsinə verib
Neftçala rayon Təhsil işçiləri Azad Həmkarlar Komitəsinin sədri Asudə Cəfərova idarəyə verilmiş “Nissan Sunny” markalı, 47 AA 081 dövlət nömrə nişanlı avtomobili Neftçala Rayon Polis Şöbəsinin əməkdaşı olan bacısı oğlu Coşqun Səlimovun istifadəsinə verib. Komitə sədri Asudə Cəfərova həmkarların pulları hesabına görünməmiş varidata sahib olub, özünə evlər, mağazalar tikdirib, indi də idarənin qalan əmlakını talan edir.
Məlumatı dəqiqləşdirmək məqsədilə Neftçala rayon təsil şöbəsinin müdiri Əjdər Kərimovla əlaqə saxladıq. Əjdər müəllim bildirdi ki, 1994-cü ildə qəbul edilən "Həmkarlar ittifaqları haqqında" Qanun təhsil işçilərinə öz istəkləri ilə, qabaqcadan icazə almadan həmkarlar ittifaqları yaratmaq, habelə öz qanuni mənafelərini, əmək, sosial, iqtisadi hüquqlarını müdafiə etmək üçün həmkarlar ittifaqlarına daxil olmaq hüququ verib: “Neftçala rayon Təhsil işçiləri Azad Həmkarlar Komitəsi sıralarında təhsil işçilərini birləşdirsə də, təhsil şöbəsindən asılı deyil, onun işinə kənar müdaxilə yolverilməzdir, gəlir və əmlakından müstəqil istifadə edir. O avtomobil 2009-cu ildə təhsil şöbəsinə verilmişdi, ondan 3 il istifadə etmişik. 2012-ci uildə bizdən alınıb, elə o vaxtdan piyada qalmışıq. Hazırda avtomobil Həmkarlar Komitəsinin sərəncamaınadır. Başqa şəxsin istifadəsinə verilibsə, bu qərarı komitə sədri müstəqil qəbul edib, buna Təhsil Şöbəsinin razılığı tələb olunmur.”
Asudə Cəfərovailə də əlaqə saxladıq. O faktı dolayı yolla təsdiq etdi: “Həqiqətən əvvəllər təhsilin müdiri bu avtomabildən xidməti işlər üçün istifadə edib, amma etiyacımız olduğundan sonradan onlardan geri aldıq. Avtomobil idarənin xidməti istifadəsindədir, sürücü isə elə oğlum Abısalam Baloğlanovdur. İşi olanda bacım oğlu Coşqun da bu maşını sürür.”
Asudə xanımdan öyrənirik ki, komitənin ağır, acınacaqlı şəraitdə yaşayan, müalicəyə ehtiyacı olan müəllimlərə maddi yardım göstərmək imkanı geniş deyil: “İllik gəlirimiz 96 min manatdır, onun bir hissəsi 4 nəfər işçinin aylıq əmək haqqı, ezamiyyə və təsərrüfat xərcləri, müxtəlif tədbirlərə sərf olunan vəsaitlər təşkil edir. Gəlirin 30 faizi baş idarənin göstərişi ilə Nabranda müəllimlər üşün istirahət mərkəzinin tikintisini aparan şirkətin hesabına köçürülür. Ötən il republika daxilində müalicəyə gedən 10 nəfərədək təhsil işçisinə putyovka verilib. Cari ildə sifariş olmayıb. Komitə heç bir imkansız tələbəyə təqaüd ödəmir.
Qeyd edək ki, Neftçala rayonunda 1 peşə məktəbi, 46 orta ümumtəhsil məktəbi, 14 məktəbəqədər, 5 məktəbdənkənar müəssisə, habelə Rayon Təhsil Şöbəsi üzrə olan ümumilikdə 2765 nəfər təhsil işçisinin hamısı Neftçala rayon Təhsil İşçiləri Azad Həmkarlar Komitəsinin üzvüdür.
infom.az
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər