BolgeXeber.Com » Bölgə » Biləsuvarda məmur torpaq sahiblərinə suvarmaq üçün su vermir

Biləsuvarda məmur torpaq sahiblərinə suvarmaq üçün su vermir

30-04-2013, 13:15
Oxunub: 5 483 Bolgexeber.com-a Biləsuvar rayon sakini ,mülkiyyətci Əsgərov Rövşən Elxan oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur.Məktubda sahibkar torpaq sahəsinin suvarılması üçün yerli məmurların ona su verməməsindən dad edir.Həmin məktubu oxuculara olduğu kimi təqdim edirik.“Hörmətli redaksiya ! Sizə yazan Biləsuvar rayon sakini ,mülkiyyətci Əsgərov Rövşən Elxan oğludur .Mənim 11 ha əkin sahəm var. Torpağın suvarılmasi üçün dəfələrlə SSİ - nin rəisi Ə.Babayevə müraciət etmişəm .Amma dəfələrlə müraciət etməyimə baxmayaraq o həmişə yalan vədlər verir ki, hər şey düzələcək.Əkin sahəm isə suvarılmadığına görə yanır. 7-ci ildir ki, əkin sahəm bu vəziyyətdədir və belə vəziyyətdə olan tək mən deyiləm. Mənim kimi onlarla mülkiyyətçi bu vəziyyətdədir. Xahiş edirəm bizə köməklik göstərəsiniz ,bu problemi mətbu orqanınızda işıqlandırasınız.Son ümidimiz sizlərədir.Çünki Biləsuvarda şikayətlərimizə heç bir məhəl qoymurlar”.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Movzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com