BolgeXeber.Com » Bölgə » Nazirinə güvənən şöbə müdiri sabirabadlıları boğaza yığıb

Nazirinə güvənən şöbə müdiri sabirabadlıları boğaza yığıb

1-05-2013, 19:45
Oxunub: 5 682 Sabirabad rayonunun Şıxsalahlı kəndində yaşayan 10-dan çox ailə Prezident Aparatına yürüş etmək fikrindədirlər. Buna səbəb Sabirabad rayon Sosial Müdafiə Mərkəzində baş verən qanunsuzluğlar və sürünməçilikdir. Belə ki,Sabirabad sakini Mübariz Babayevin Bolgexeber.com-a bildirdiyinə görə Sosial Müdafiə Mərkəzində şöbə müdiri işləyən Rövşən adlı məmur vətəndaşları get-gələ salır, ünvanlı sosial yardım almaq üçün mərkəzə müraciət edən vətəndaşların sənədlərini min bir bəhanə ilə geri qaytarır. Sakinlərin dediyinə görə onlar hər il sosial yardım alıblar, ancaq bu il təzə gələn məmur onlara sosial yardım ayırmaqdan boyun qaçırır. Sakinlər düşünürlər ki, məmur bunu maddi- maraq güdməsi səbəbindən edir. Xatırladaq ki, Sosial Müdafiə Mərkəzində baş verən çoxsaylı qanunsuzluqlara görə son 2 ildə bir neçə direktor həbs edilmiş, bir neçəsi işdən çıxarılmış, bəzilərinə isə işdə buraxdığı nöqsanlara görə şiddətli töhmət verilmişdir. Sakinlərin bildirdiyinə görə Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov tərəfindən mərkəzə təzə təyin olunan şöbə müdiri Rövşən adlı həmin məmur şikayətlərə qulaq belə asmaq istəmir. Kənd sakinlərin etirazına səbəbkar olan Rövşən müəllim deyir ki, “nazir mənə güvənir, gedin hara istəyirsiz şikayət edin”. Məsələ ilə bağlı araşdırmamız davam edəcək.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com