Hansı icra başçısını hansı aqibət gözləyir?
2-05-2013, 09:30
Oxunub: 5 846
Daha bir neçə rayonunun icra başçısının vəzifəsindən azad ediləcəyi gözlənilir. Bu barədə Nazirlər Kabinetindəki mötəbər mənbələrdən daxil olan informasiyalardan aydın olur ki, nəzərdə tutulan dəyişikliklər əsasən respublikanın iri şəhərlərində baş tutacaq.
Mənbənin söylədikləri: «Gəncənin icra başçısı Elmar Vəliyev vəzifəsindən alınaraq Şirvan şəhərinə göndəriləcək. Şirvanın icra başçısını tutan Mərdan Camalov isə Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu əvəzləyəcək. Gəncəyə isə sabiq millət vəkillərindən birinin icra başçısı təyin edilməsi gözlənilir».
Daxil olan məlumata görə, paytaxt Bakının da bir sıra rayonlarının icra başçılarının vəzifələrindən azad edilməsi gözlənilir: «Seçkilərə qədər Xətai, Nəsimi və Nizami rayonlarının icra başçıları vəzifəlirini itirəcək. Onlardan yalnız Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsiz qalacaq, digərlərinin yeni postlara təyinatı gözlənilir».
Xatırladaq ki, Şəmkir və Xaçmaz rayon icra hakimiyyəti başçılarının da vəzifələrindən alınması planlaşdırılır və bu haqda yerli KİV-də də məlumatlar yayılıb.
Məlumatı verən qaynaq Dia.az -a təhlükəli xəttdə olan icra başçılarının da olduğunu bildirib: «Xətai rayonunun icra hakimiyyətinin başçısı Razim Məmmədovun adı cinayət işində hallandırılır. Eyni zamanda Goranboy rayonunun icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev də istintaq orqanlarının hədəfi ola bilər. Daha sonra isə adı qalmaqallı inayət işində hallandırılan, çevrəsində məhkəmə olayları cərəyan edən icra başçıları da var ki, onlardan biri Qaradağın rəhbəri Süleyman Mikayılovdur.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər