BolgeXeber.Com » Bölgə » Küçədə adam döydü

Küçədə adam döydü

2-05-2013, 11:25
Oxunub: 5 430 Avtomobil qəzasına görə əsəbləşən şəxs DYP əməkdaşını da həbs etdirəcəyi ilə hədələyib

Dünən gecə saatlarında Yasamal rayonu ərazisində avtomobil qəzası baş verib. Bu barədə məlumat verən şahidlərdən biri deyib ki, hadisə «3 TAC» yaşayış kompleksinin yaxınlığında qeydə alınıb və VAZ 21011 markalı maşınla «Jeep Grand Cheroke» markalı maşınlar toqquşub.
Məlumatda deyilir ki, qəza nəticəsində hər iki maşina yüngül zədələr dəyib. Amma günahkar kimi isə Jeep göstərilib. Hətta orada olan maşın ustalarından biri də deyib ki, bunun üçün 100-150 manat xərc kifayətdir.
Şahidlər deyirlər ki, bu hadisədən sonra qəfil ora Jeep-in sahibinin yaxın adamları gəlməyə başlayıblar. Onlardan biri «Audi Kabriolet» markalı, dövlət nömrə nişanı isə 10 ZZ 077 olan maşının sürücüsü isə hadisə yerinə gələrək, 011-in sahibini sillə ilə vurub. Halbuki hadisəni törədən şəxs özü də etiraf edib ki, günah ondadır və məsələni dinc şəkildə həll edəcəklər. Amma bu şəxs nə dostuna, nə də digərlərinə baxmayaraq, günahı olmayan sürücünü döyməyə başlayıb. Orada olan DYP əməkdaşı onun bu hərəkətinə etiraz edərək, ərazidən uzaqlaşmasını tələb edib. Bundan qəzəblənən «Audi»nin sahibi isə DYP əməkdaşının başına oyun açacağını, hətta onu həbs etdirəcəyini deyib.
Maraqlı odur ki, DYP əməkdaşını təhdid edən, günahsız sürücünü isə sillələyən həmin şəxs isə deputatlardan birinin qardaşı oğludur. Hazırda 10 ZZ 077 dövlət nömrə nişanlı maşının kimə məxsus olduğu və həmin deputatın kimliyini araşdırırıq.
Bolgexeber.com