BolgeXeber.Com » Bölgə » Qazaxda etiraz yetişir

Qazaxda etiraz yetişir

2-05-2013, 12:05
Oxunub: 5 384 Qazax rayon Yuxarı Əskipara kənd sakinləri etiraz aksiyası keçirəcəklər.

Bu barədə kənd sakinlərinin göndərdiyi məktubda bildirilir. Həmin məktubu olduğu kimi oxucularımıza təqdim edirik:

Qazax rayonunun 7 kəndi 20 ildən artıqdır ki, işğal altındadır. Bu kəndlərdən biri də Yuxarı Əskiparadır. Yuxarı Əskipara 1991-ci ilin oktyabrından 1992-ci ilin iyun ayına qədər ermənilərin mühasirəsində qalıb və hər tərəfdən təcrid olunmasına baxmayaraq bu müddət ərzində cəmi 130 evlik bu kənd mərdliklə döyüşüb, bir neçə şəhid verib. O cümlədən Qarabağ döyüşlərində də Yuxarı Əskiparadan bir neçə şəhid olan vardır ki, bunlardan da biri Abbasəli Məhərrəmovdur və hal- hazırda rayon 2 saylı məktəbinin bazasında fəaliyyət göstərən Yuxarı Əskipara kənd orta məktəbi də A, Məhərrəmovun adınadır.
Təxminən 6 aya yaxındır ki, Yuxarı Əskipara kənd icra nümayəndəliyində katib vəzifəsi boşdur. Çünki bu vəzifəni daşıyan şəxs yaşa görə təqaüdə çıxmışdır. Indi isə kənd icra nümayəndəsi də işindən azad edilib. Kənd icra nümayəndəsi Azər Məhərrəmov şəhid Abbasəli Məhərrəmovun qardaşıdır. Işdən çıxarılmasına səbəb isə 20. 04. 2013- cü ildə rayon Baytarlıq İdarəsinin müdiri İlqar Orucovla aralarındakı dava- dalaş olub. Çox maraqlıdır- həmin davada döyülən də Azər Məhərrəmov olub və Qazax prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Lakin müraciətə cavab gəlməmiş Azər Məhərrəmov işdəna azad edilib. Hələ bu da azmış kimi Azər Məhərrəmovun digər qardaşı, Qarabağ müharibəsi vetearnı Etibar Məhərrəmov da işindən azad edilib. Beləliklə də bir şəhid ailəsinin iki üzvü atrıq işsiz- gücsüz qalıb".
Sakinlər bildirirlər ki, qardaşların işdən azad edilməsinə səbəb elə RİH birinci müavini Fərman Nağdalıyevdir. "F. Nağdalıyev həm də rayon məcburi köçkünlərin problemləri üzrə səlahiyyətli şəxsdir. Amma heç vaxt məcburi köçkünlərin problemləri ilə məşğul olmayıb və buna görə də Azər Məhərrəmovun qaldırdığı məsələlər həllini tapmayıb.
Həmçinin Fərman Nağdalıyev İlqar Orucovla eyni kənddəndirlər". Sakinlər bu qardaşların işdən çıxarılmasına görə bu amili də xüsusi vurğulayırlar.
Yuxarı Əskipara kənd sakinləri Azər Məhərrəmovun işdən çıxarılmasına qarşı olduqlarını bildirirlər və yaxın günlərdə RİH qarşısında etiraz aksiyası keçirməyi planlaşdırırlar. Çünki Azər Məhərrəmov daim məmurların deyil, onların tərəfini tutub.
Avropa.info