BolgeXeber.Com » Bölgə » Balakən gömrüyündə biabırçı vəziyyət yaşanır

Balakən gömrüyündə biabırçı vəziyyət yaşanır

3-05-2013, 13:05
Oxunub: 4 712 Gürcüstandan Azərbaycana kolbasa gətirmək qadağan edilib, maşınlardan isə haqq alınır

Azərbaycanda gömrük sisteminin hansı səviyyədə korrupsiyalaşması və rüşvətxorlaşması sirr deyil. İndiyə qədər iş adamları dəfələrlə bununla bağlı real faktlara əsaslanan şikayətlər etsələr də, heç bir nəticəsi olmayıb. Səbəbi isə aydındır.
Daxil olan məlumatlara görə, Balakən gömrüyündə də biabırçı vəziyyət yaşanır. Belə ki, Gürcüstanla sərhəddə yerləşən Gömrük Keçid Məntəqəsində vətəndaşlar üçün xüsusi «qiymət cədvəli» müəyyələnşdirilib.
Məlumatda deyilir ki, Gürcüstana gedən avtobuslardan gömrük işçiləri 20 manat haqq alırlar. Mikroavtobuslar üçün bu qiymət isə 15 manatdır. Gürcüstandan Azərbaycana keçib, burada benzin vuran maşınlar isə daha 5 manat pul verməlidirlər. Çünki Azərbaycan tərəfindən benzin alaraq aparan bu adamların əlavə qazanc əldə etdiyi düşüncəsi mövcuddur.
Məlumdur ki, Gürcüstanda ərzaq məhsulları Azərbaycana nisbətdə ucuzdur. Elə yerli sakinlər də həftəlik bazarlıqlarını etmək üçün qonşu ölkəyə üz tuturlar. Amma qayıtdıqları zaman gömrükçülər onlardan pul almadan qəti şəkildə mallarını buraxmırlar. Məsələn, 2 kq sosiska və ya kolbasa gətirirsənsə, bunun 1 kq-nı alırlar. Və belə əsaslandırırlar ki, yalnız 1 kq keçirmək qanunda göstərilib (?!) Digər məhsullar üzrə də qiymətlər müxtəlifdir.
Vətəndaşlar deyirlər ki, Balakən Gömrük Keçid Məntəqəsində tətbiq olunmuş qaydalar yenidir. Əvvəllər isə belə hallara az rast gəlinirdi. Bunun hansı səbəbdən olması isə məlum deyil.
Mövzu ilə bağlı araşdırmamız davam edir.