Nazirinə güvənən şöbə müdiri fakt qarşısında
3-05-2013, 18:20
Oxunub: 6 047
Bu quruma yenicə göndərilmiş Rövşən adlı şəxsin diqqətinə faktları çatdırırıq
Sabirabad rayon Sosial Müadafiə Mərkəzində baş verən olaylarla bağlı məlumat vermişdik və bildirmişdik ki, rayonun Şıxsalahlı kənd sakinləri olan 10-dan artıq ailə Prezident Admnistrasiyasının qarşısında yürüş keçirmək fikrindədirlər.
Bolgexeber.com xəbər verir ki, vəziyyətin belə bir şəkil almasının səbəbkarı isə rayon Sosial Müdafiə Mərkəzinə təyin edilmiş Rövşən adlı məmurun özbaşınalığıdır. Belə ki, o, vətəndaşlardan sənədləri qəbul etdikdən sonra min bir bəhanə ilə onları geri qaytarmağa çalışır və bunu edir. Hətta ötən il imkansızlıq üzündən ünvanlı sosial yardım alanlar belə bu il həmin imkandan məhrum olub. Rayon sakinləri deyirlər ki, Rövşən adlı şəxsin belə bir addım atması isə bilavasitə maddi maraq güdməsi ilə əlaqədardır.
İşin bir başqa tərəfi də odur ki, Rövşən adlı bu şəxs hamının yanında bəyan edir ki, «nazir Füzuli Ələkbərov mənə güvənir və kim nə istəyir gedib eləsin».
Əməkdaşlarımızla əlaqə saxlayan adı keçən şəxs iddia edib ki, Sabirabad Sosial Müdafiə Mərkəzində sənədlərin itməsi halı mümkün deyil və bu onların ünvanına deyilmiş böhtandır. Biz də Rövşən adlı həmin şəxsin diqqətinə fakta əsaslanaraq yazdıqlarımızı təqdim edirik:
- Əvvəla bu bir faktdır ki, Sabirabad Sosial Müdafiə Mərkəzində sənədlər məqsədli şəkildə it-bata salınır. Məsələn, bu yaxınlarda ünvanlı sosial yardım almaq məqsədi ilə sənədlərini Sabirabad Sosial Müdafiə Mərkəzinə təqdim etmiş Pərvanə Əliquliyevanın sənədləri it-bata düşüb və ona sənədlər qəbul edilən zaman hər hansı bildiriş verilməyib;
- Digər bir analoji fakt. Rayon sakinləri Mübariz Babayev, Əlişiraz Şükürov, Ayət Şükürov və Gülnar Qəhrəmanova,Əliquliyeva Pərvanə də eyni aqibətlə üzləşiblər. Onlardan da sənədlər alınıb və sonradan it-bata salınıb.
Rövşən müəllimin diqqətinə çoxlu sayda fakt və şikayət təqdim edə bilərik. Hələlik bu qədər kifayət edər.
Onu da nəzərinizə çatdıraq ki, Bolgexeber.com olaraq dəfələrlə Sabirabadda baş vermiş bu cür hallarla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şifahi müraciət etmişik. Lakin hər dəfə bu müraciətlər cavabsız qalıb. Məqalədə adı çəkilən qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər