BolgeXeber.Com » Bölgə » Gəncəlilərin yaddaşında keçmiş polis rəisi qəhrəman kimi yadda qalıb

Gəncəlilərin yaddaşında keçmiş polis rəisi qəhrəman kimi yadda qalıb

4-05-2013, 17:15
Oxunub: 5 181 Gəncə əhlinin canını boğazına yığan icra başçısı Elmar Vəliyev insanların əsəblərini tarıma çəkməyə başlayıb. Gəncədən verilən məlumata görə, hal hazırda ölkənin ikinci paytaxtında vəziyyət daha da ağırlaşıb. Səbəb isə Elmar Vəliyevin atdığı bir çox addımların insanlara ciddi zərər verməsidir.

Məlumatlarda o da deyilir ki, şəhərdə icra başçısına qarşı çıxan istənilən adam artıq qəhrəman statusundadır və camaat onu təqdir edir. Onlardan biri isə Gəncənin keçmiş polis rəisi Rasim Musayevdir ki, bunun da səbəbi bir müddət əvvəl baş vermiş olaydır.

Qeyd edək ki, Rasim Musayevin işdən çıxmasına səbəb sözü çəp gəldiyi Elmar Vəliyevlə toqquşması və ona kəllə vurması olub. Həmin hadisədən sonra gəncəlilər Rasim Musayevə təşəkkür göndərirlər. Onlar bildirirlər ki, Rasim Museyevin Elmar Vəliyevə vurduğu kəlləsindən öpürlər.Dia.az