Vüqar Bayramovun seçki qərargahının mətbuat açıqlaması - Fotolar
6-02-2020, 17:50
Oxunub: 7 548
84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramovun böyük uğurlarla müşayiət olunan seçkiqabağı təbliğat-təşviqat kampaniyası artıq yekunlaşmaq üzrədir
84 saylı Füzuli seçki dairəsinin seçicilərinin respublikamızın müxtəlif bölgələrində məskunlaşdığını nəzərə alaraq seçki qərargahının əvvəlcədən tərtib etdiyi xüsusi qrafik əsasında bütün seçiciləri ziyarət etmək məqsədinin reallaşdırılması üçün təşviqat dövründə böyük səy göstərilib.
Bolgexeber.com xəbər verir ki, rayon əraizisindəki ilk görüşünü Horadiz şəhərində keçirən Vüqar Bayramov Füzuli rayonunun elə bir qəsəbəsi və kəndi qalmayıb ki, oradakı seçiciləri ziyarət edib, onları dinləməsin. Böyük Bəhmənli, Aşağı Yağlıvənd, Kərimbəyli, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Şükürbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli, Gecəgözlü yatağı, Şıxlı yatağı, Bala Bəhmənli, Əhmədbəyli, Mahmudlu -1, Mahmudlu -2, Qarabağ, Araz Dilağarda, Araz Zərgər, Alıxanlı, Yuxarı Kürdmahmudlu, Aşağı Kürdmahmudlu kəndlərində, 5 Zobucuq, 11 Qayıdış qəsəbələrində, yeni 400 evlik qəsəbədə izdihamlı görüşlər keçirilib.
Bundan başqa, bu günədək Füzuli rayonundan kənarda yerləşən bütün yaşayış məntəqələrində - Sumqayıtda, Lökbatanda, Şirvanda, Sabirabadda, İmişlidə, Beyləqanda, Biləsuvarda, Salyanda, Kürdəmirdə, Mingəçevirdə, Gəncədə, Ağcabədidə, Bakı şəhərində Bakıxanov və Zabrat qəsəbələrində məskunlaşmış, 84 saylı dairənin seçiciləri olan məcburi köçkünlərlə görüşlər keçirilib, onların qayğıları ilə yaxından tanış olunub, ehtiyacları öyrənilib, gələcək fəaliyyətdə nəzərə alınması üçün səsləndirilən təkliflər toplanaraq sistemləşdirilib, məcburi köçkünləri yaxından maraqlandıran ümumi və fərdi məsələlərin qeydiyyatı aparılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər