Balakən sakini icra başçısından şikayət edir
5-05-2013, 10:05
Oxunub: 5 428
Balakən rayonu Hənifə kənd sakini Nazim Qazıyev üzləşdiyi problemlə bağlı redaksiyamıza məktub yollayıb. O, üz tutduğu ünvanlardan cavab almadığından bu dəfə mətbu orqan vasitəsilə dövlət başçısına müraciət edir.
“Hörmətli redaksiya, Balakəndən şikayətlər heç yerə çatmır, deyirlər. Həqiqətən də belədir. Mən 28 il işlədiyim ”Uşaq yaradıcılıq Mərkəzi"ndən çıxarılmışam. Bu müəssisədə bəlkə də ixtisası bu işə uyğun olan yeganə şəxs mən idim. Dəfələrlə müraciətimə baxmayaraq, rayon təhsil şöbəsinin heç hərbi xidmətdə olmayan müdiri M.Dibirov mənə cavab belə vermir. Qəzetiniz vasitəsilə soruşmaq istəyirəm: hərbi xidmətdən yayınan Balakən Təhsil şöbəsinin müdiri hansı haqla vətəndaşların şikayətinə cavab vermir?
Özü müharibə dövründə hərbi xidmətdən yayınan bir şəxs rayon təhsil şöbəsinə necə rəhbərlik edə,müəllim və şagirdlərə hansı vətənpərvərlikdən, hansı haqq və hüquqdan danışa bilər? Qəribəsi budur ki, Balakən rayon Icra Hakimiyyətinə göndərdiyim məktublara da cavab ala bilmirəm. Deyirlər ki, Icra başçısının başı mağaza və digər xidmət obyektlərindən “abadlıq adıÿaltında” pul toplamağa qarışıb. Ona görə də şikayətimə baxmağa vaxt tapmır. Nə Təhsil Naziri Misir Mərdanovdan (artıq keçmiş - red.), nə Balakənin Icra hakimiyyətindən, nə də bu rayonun təhsi şöbəsinin müdirindən cavab ala bilirəm. Ona görə də müraciətimi Ilham Əliyevə ünvanlayıram. Həm də soruşmaq istəyirəm: Cənab prezident, Balakən rayonunda nələr baş verdiyini bilirsinizmi? Bilirsinizmi ki, Balakənin mərkəzində torpaqlar, bina və ofislər kimə məxsusdur? Camaatın sürətlə artan narazılığını kimlər və necə alovlandırırlar?!" azadliq
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər