BolgeXeber.Com » Bölgə » Qarın hündürlüyü 43 sm-ə çatdı — Temperatur mənfi 15 dərəcəyə düşdü

Qarın hündürlüyü 43 sm-ə çatdı — Temperatur mənfi 15 dərəcəyə düşdü

9-02-2020, 12:18
Oxunub: 5 203
Qarın hündürlüyü 43 sm-ə çatdı — Temperatur mənfi 15 dərəcəyə düşdü
Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.

Şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.



Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.