BolgeXeber.Com » Bölgə » Lənkəran polisindən şok ölümlə bağlı yeni məlumatlar ortaya çıxıb

Lənkəran polisindən şok ölümlə bağlı yeni məlumatlar ortaya çıxıb

6-05-2013, 08:55
Oxunub: 6 002 Şöbənin binasının 4-cü mərtəbəsindən yerə atılan Cəmil Babayevin niyə işgəncəyə məruz qaldığına dair iddialar var

Bir müddət əvvəl Lənkəran polisində baş vermiş ölüm hadisəsi ilə bağlı yeni məlumatlar yayılıb. Bolgexeber.com sosial şəbəkələrdə yayımlanmış həmin məlumatlara istinadən xəbər verir ki, Lənkəran Şəhər Polis Şöbəsinin 4-cü mərtəbəsindən atılaraq, dünyasını dəyişən Cəmil Babayevin hansı səbəbdən saxlanıldığı məlum olub.
Yusif Qurbanlı adlı şəxs bununla bağlı Facebook hesabına yazıb ki, Cəmil Babayevi Lənkəran polisinə etirazlarına görə aparıblar. Belə ki, 3 uşaq atası olan mərhum artıq ailəsini dolandıra bilmədiyini, yaşam tərzinin ağır olduğunu və yoxsulluq içində yaşadığını deyibmiş. «Küçədə işlətdiyi bu ifadələrə görə polis onu saxlayaraq, şöbəyə gətirib və orada işgəncələrə məruz qalıb. Sonra isə onu şöbənin binasının 4-cü mərtəbəsindən aşağı atıblar. 1 saatdan sonra onu xəstəxanaya apariblar. Lakin onun həyatin xilas etmək olmayib».
Qeyd edək ki, həmin hadisədən sonra Cəmil Babayevin intihar etdiyi və özünü polis şöbəsinin binasından atdığına dair iddialar səsləndirilirdi. Lakin mərhumun qardaşı Aqil Babayev Minval.az saytına müsahibəsində bildirmişdi ki, o intihar versiyasını qəti qəbul etmir. “Bizə deyirlər ki, Cəmil oğurluqda şübhəli bilinən şəxs kimi idarəyə gətirilib. Cəmil isə onu həbs edəcəklərindən qorxub, özünü 4-cü mərtəbədən atıb. Ağır vəziyyətdə olan adamı səhərə qədər Lənkəranda gəzdiriblər. Heç bir yardım göstərilməyib. Təsadüfən xəbər tutmasaydım, indi qardaşımı naməlum kişi meyidi adı ilə dənizdən tapacaqdılar. Bu adamlarda vicdan yoxdur. Qardaşımın üz sümükləri beyninə girib, beli sınıb, gözü yerindən çıxıb».
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.