BolgeXeber.Com » Bölgə » Tərtərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb-FOTO
Tərtərdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliyi fəaliyyətə başlayıb-FOTO
14-02-2020, 15:37
Oxunub: 6 284
Tərtər rayonlarında yerləşən Heydər Əliyev mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) növbəti nümayəndəliyi fəaliyyətə başlayıb. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətlərinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.
Bolgexeber.com xəbər verir ki, açılış tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıblar.
Bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyəti dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq, gənclərin hərtərəfli inkişafının təmin olunması, habelə ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Nümayəndəliklər vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanacaqlar. Çıxış edənlər gəncləri bu imkanlardan yararlanmağa və sıx əməkdaşlığa dəvət ediblər. Həmçinin diqqətə çatdırılıb ki, ölkəmizin şəhər və rayonlarında gənclər üçün inşa edilmiş infrastruktur obyektlərinin təyinatı üzrə və səmərəli fəaliyyətinin, regionlarda yaşayan gənclərin dövlət tərəfindən onlar üçün yaradılmış şəraitdən tam şəkildə yararlanmasının təmin edilməsi ilə bağlı dövlət başçısının verdiyi göstərişə uyğun olaraq, bir çox şəhər və rayonda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin nümayəndəlikləri fəaliyyətə başlayıb. Yaxın bir neçə ay ərzində isə ölkənin bütün şəhər və rayonlarında mövcud Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri yaradılacağı nəzərdə tutulur.
Sonra tədbirin iştirakçıları üçün Heydər Əliyev mərkəzlərində fəaliyyət göstərən muzeyə ekskursiya təşkil olunub, mərkəzin imkanları barədə qonaqlara ətraflı məlumat verilib. Tədbir gənclər üçün musiqili-əyləncəli proqram və təlim xarakterli oyunlarla davam etdirilib. Region gəncləri, həmçinin, “Gənc Könüllü” proqramına qoşulmaq üçün qeydiyyatdan keçiblər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər