Azərbaycanda külək avtobusu aşırdı, ölən və yaralananlar var
22-04-2011, 12:55
Oxunub: 7 323

Hadisə Hacıqabul rayonunda baş verib
Azərbaycanın Hacıqabul rayonunda bir nəfərin ölümü, bir neçə nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bolgexeber.com-un hadisə yerində olan bölgə müxbirinin məlumatına görə, hadisə bu gün 10.20 radələrində Pirsaat qəsəbəsi yaxınlığında baş verib.
Heydər Əliyev adına Dərin Özüllər Zavoduna məxsus “Hyundai” markalı iri tutumlu sərnişin avtobusu saatda 70-80 km/s sürətlə hərəkət edərkən sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə sərnişinlərdən biri elə hadisə yerində ölüb. Zavodun bir neçə nəfər işçisi isə müxtəlif dərəcəli xəsarətlər alaraq təcili yardım maşınları ilə Şirvan və Hacıqabul rayon xəstəxanalarına aparılıb. Yüngül xəsarət alan sürücü isə ifadə vermək üçün rayon polis şöbəsinə dəvət olunub.
İlkin ehtimala görə, hadisəyə səbəb əsən güclü külək olub.
Aldığımız son məlumata görə, avtobusda ümumilikdə 35 nəfər sərnişin olub. Ölən şəxsin sərnişin, 50 yaşlı Pakizər Piri qızı Əliyeva olduğu müəyənləşdirilib. Yaralananların sayı isə 7-dir. Onlar Şirvan və Hacıqabul rayon xəstəxanalarına aparılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər