Ağdaşda icra hakimiyyəti veteranların puluna da göz dikib
10-05-2013, 11:20
Oxunub: 5 328
Ağdaşdan gələn şikayət məktubu ilginc faktı ortaya çıxardı
Redaksiyamıza Ağdaş rayonu sakini adından müraciət daxil olub. Müraciət müəllifi bildirir ki, onun babası 2-ci Dünya Müharibəsinin iştirakçısı olsa da, dövlətin müəyyən etdiyi qayğılardan doğru-dürüst yararlana bilmir. Və dünən 9 May günü qeyd olunan zaman da məhz Ağdaş rayonunun yerli icra hakimiyyətinin anlaşılmaz münasibəti səbəbindən narazı düşən Ağdaş sakininin babası hansısa formada mükafatlandırılmayıb.
Ağdaş sakini adının çəkilməməsi xahişilə dia.az-a yazır: «Prezidentin müvafiq qərarına əsasən müharibə veteranlarına 700 manatlıq birdəfəlik pul yardımı ayrılsa da, mənim babam həmin pulun yalnız bir hissəsini - 400 manatı ala bildi. Bununla bağlı icra hakimiyyətinə müraciət etdik. Onlar isə bildirdilər ki, «yuxarıdan» heç bir pul vəsaiti ayrılmadığından yerli icra hakimiyyəti öz hesabına pul ödəyir. Əgər pul ayrılarsa, o zaman yerdə qalan hissə də veriləcək».
Ağdaş sakini bildirir ki, buna qədər də müharibə veteranlarına maşın v verilsə də, onun babasından maşının müqabilində 2000 manat rüşvət istənilib: «Babamın səhhətində ciddi problemlər var. Onun özünün dəstəyə ehtiyacı olan halda, biz 2000 manatı hardan alıb verək?».
Onu da bildirək ki, Dia.az-a hökumət içindəki qaynaqlar da veteranlar üçün ayrılan 700 manatlıq birdəfəlik yardımın ünvanlarına çatmadığını təsdiqləməklə yanaşı, redaksiyamıza bildirildi ki, həmin pul vəsaitləri yerli icra orqanları tərəfindən ödənilməlidir: «Yəni bu, yazılmayan qanundur»….
Bütün tərəfləri dinləməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər