BolgeXeber.Com » Bölgə » Masallıda ulu öndər Heydər Əliyevin 90 illiyi qeyd olunub-FOTO

Masallıda ulu öndər Heydər Əliyevin 90 illiyi qeyd olunub-FOTO

10-05-2013, 21:00
Oxunub: 4 892 Mayın 10-da Masallı rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov icra hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, pedaqoji kollektivlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər. Tədbir iştirakçıları ilk öncə ulu öndərin abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini yad etmişdirlər. Sonra tədbir Masallı rayon Gənclər Mərkəzində davam etmişdir.Burada çıxış edən Masallı rayon icra Hakimiyyətinin başçısı Rafil Hüseynov və rayon ziyalıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən,onun Azərbaycana göstərdiyi xidmətlərdən danışmışlar. Bundan sonra tədbir Masallı rayon Nizami Gəncəvi adına parkda böyük konsert proqramı ilə davam etmişdir.
Bolgexeber.com