Ağcabədidə icra başçısı şok vəziyyətində
13-05-2013, 09:25
Oxunub: 5 539
Şahin Məmmədov 20 faizə işləyən maliyyə idarəsinin rəisi Xosrov Nəsirovun təhdidləri ilə üz-üzə qalıb
Ağcabədi rayonunda Maliyyə Nazirliyi yeyinti faktlarını araşdırmaq üçün yoxlamalara başlayır. Bu yaxınlarda nazirlikdən gələcək müfəttiş qrupunun əsas hədəfi isə yerli maliyyə idarəsi və onun rəisi Xosrov Nəsirovdur.
Məlumatlara görə, maliyyə idarəsinin müdiri ilə bağlı nazirliyə edilən çoxsaylı şikayətlərdən sonra belə bir addım atılması qərarlaşdırılıb. Məlumatda deyilir ki, Nəsirovun adı bir sıra maliyyə yeyintilərində hallanır. Onlardan biri kənd yollarının çəkilməsi üçün ayrılmış pulların şişirdilməsi və bir qisminin mənimsənilməsidir. Mənbələr bildirir ki, Xosrov Nəsirov bir müddət əvvəl Ağcabədidəki kəndlərin bir neçəsi üçün ayrılan vəsaitlərin bir qismini özünə götürüb. Belə ki, dəyəri 100 min manata qədər olan yolların çəkilməsi üçün ayrılmış pulları Yol İstismar İdarəsinə verərkən, onlarla razılaşıb və pulun 20 min manatına qədərini özünə götürüb.
Məlumatlarda vurğulanır ki, maliyyə idarəinin rəisi bunun ardından daha bir neçə əməliyyat həyata keçirib ki, bu zaman da bir neçə on min manatlıq gəlir əldə edib. Hətta o da deyilir ki, yerli idarə və müəssisələr də dövlət tərəfindən ayrılmış pulları əldə etmək üçün idarə rəisinin bığının altından keçmək məcburiyyətində qalırlar.
Qeyd edək ki, Ağcabədinin illik büdcəsini hazırlayan zaman Xosrov Nəsirov bütün idarə və müəssisə rəhbərləri ilə göürüşüb, onlar üçün nə qədər büdcə nəzərdə tutulduğunu bildirir. Həmin pulu artırmaq istəyən idarə və müəssisə rəhbərləri isə bunun müqabilində idarə rəsinini görərək, onun şərtləri altında hərəkət edirlər. Yəni, idarə və müəssisələr illik 300-500 min manat istəsələr də, bunun müqabilində həmin məbləğimn 20 faizini Xosrov Nəsirova verməli olurlar.
Bunu nağd və ya nisyə şəkildə həyata keçirənlər də var. Belə ki, bəzi müdirlər bəri başdan büdcənin 20 faizini ona verərək, işlərini qarantiləyirlər. Digər qismi isə bu pulu il boyu idarə rəsinə verməklə anlaşırlar.
Digər məlumatlara görə, maliyyə idarəsinin müdirinin belə əmin şəkildə hərəkət etməsi isə arxalandığı adamlar olub. Belə ki, onun Maliyyə Nazirliyində güclü adamının olduğu deyilir. Lakin sonradan məlum olub ki, onu bu vəzifəyə təyin edənlər sonradan hərəkətlərinin təhlükəli olduğunu görərək, üzərindən əllərini çəkiblər. Məhz bu əl çəkmə prosesindən sonra Maliyyə Nazirliyindən yoxlamanın ayağı Ağcabədi rayonuna açılıb.
Amma Xosrov Nəsirov bu olaylardan sonra bütün məclislərdə deyir ki, həmin pulları tək yeməyib. Belə ki, o qazandığı pulların yarısını icra başçısına verib. Məlumatda deyilir ki, maliyyə idarəsinin müdiri həbs olunacağı təqdirdə bunu açıq şəkildə deyəcəyini də vurğulayıb. Onun belə bir addım atması isə icra başçısı Şahin Məmmədovu təhdid etməsi ilə bağlıdır. Deyilənlərə görə, maliyyə idarəsinin müdiri icra başçısından nəyin bahasına olursa, olsun onu xilas etməyi istəyib. Əks təqdirdə, istintaqa verəcəyi ifadəsində onun adını çəkəcəyini bildirib. Şahin Məmmədov da vəziyyətin pis olduğunu görərək, məcburiyyət qarşısında qalaraq, onu müdafiə etməyə çalışır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər