BolgeXeber.Com » Bölgə » Rza Quliyev KQMİ-nin hədəfinə gəldi

Rza Quliyev KQMİ-nin hədəfinə gəldi

13-05-2013, 09:35
Oxunub: 5 806 Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri tender oyununun qurbanı olacaq

Ağcabədi Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Rza Quliyev icra başçısına yarınmağın yollarını tapıb. Belə ki, o, mənimsədiyi pulları ört-basdır etmək üçün bütün işləri icra başçısı Şahin Məmmədovun yaxın qohumlarını da özünə şərik edib.
Qeyd edək ki, bu yaxınlarda mədəniyyət və turizm obyektlərinin təmiri və bərpası ilə əlaqədar tender elan edilmişdi. Rza Quliyevin nəzarəti altında həyata keçirilməkdə olan prose sisə «uğurla» sonlandırılır. Belə ki, o, həmin teder işlərini Şahin Məmmədovun yaxınlarına həvalə edərək, onlarla birlikdə qazanc əldə etməyə çalışır. Məlumatlarda vurğulanır ki, şöbənin müdiri bu məqsədlə həyata keçirdiyi planında xüsusi olaraq daha asan yollar barəsində düşünüb. Belə ki, o, tender üçün ayrılmış pulların hamısını icra başçısının yaxınlarının qarşısına qoyub. Və oradan 20 faizinin özünə çatacağını bildirib. Məmmədovun qohumları isə həmin pulan yerdə qalan hissəsini götürərək, həmin vəsaitlə təmir işlərinə başlayıblar. Onlar da öz növbələrində 25-30 faiz puldan götürməklə işləri həyata keçirirlər ki, bu da işlərin keyfiyyətsiz olacağını indidən deməyə əsas verir.
Məlumatlarda vurğulanır ki, Rza Quliyev təkcə bu yolla deyil, həmçinin şəxcsi biznesi ilə də pul qazanmağa çalışır. Belə ki, onun Ağcabədidə bir neçə marketinin olduğu deyilir. Bildirilir ki, mədəniyyət və turiz şöbəsinin müdiri açdığı həmin marketləri başqa adamlara işlətməyə verib ki, kimsə ondan şübhələnməsin. Hətta yaxın qohumları belə satıcı kimi işləmək üçün ona müraciət edəndə bundan imtina edir. Deyilənlərə görə, Rza Quliyev bu addımı ona görə atır ki, sabah kimsə ona qarşı belə bir iddiada bulunarsa, yaxısını kənara çəkə bilsin.
Bəzi məlumatlara görə, Rza Quliyevin həyata keçirdiyi bəzi işlər artıq Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin diqqət mərkəzinə düşüb. İddialara görə, şöbə müdiri məsələdən xəbər tutan kimi, icra başçısı Şahin Məmmədovun yanına gedib və ondan köməklik istəyib. Ancaq icra başçısı ona bu məsələdə yardımçı ola biləcəyini desə də, sonradan fikrindən vaz keçib. Çünki hal hazırda Şahin Məmmədov özünü qorumağa çalışır. Ona görə ki, kifayət qədər problemlərin içindədir və bunun da günün birində başını bəlaya salacağının fərqindədir.
Rza Quliyev isə vəziyyəti belə görərək özünə himayədar axtarmağa çalışır. Bu məqsədlə onun mədəniyyət və turizm nazirliyinə üz tutduğu da deyilənlər içində var. Məlumatlara görə, şöbə müdiri hətta nazir müavinlərindən biri ilə görüşərək, həyatının təhlükədə olduğunu bildirib və yardım istəyib. Həmin nazir müavini isə problem yaranacağı təqdirdə ona yardım edə biləcəyinə söz verib.
Lakin Rza Quliyevin bununla da ürəyi soyumayıb, başqa vasitələrə əl atmağa başlayıb. Deyilənlərə görə, o, yığdığı pulların bir qismini ehtiyat üçün yaxın qohumlarından birinə verərək, həbs olunacağı təqdirdə ondan istifadə etməsini istəyib. Mənbə bildirir ki, hətta bu məsələdən qorxuya düşən Rza Quliyevin son günlər qan təzyiqindən əziyyət çəkməyə başladığı vurğulanır.
Bolgexeber.com