BolgeXeber.Com » Bölgə » Ağcabədidə məmur məcburi köçkünlərin evlərini traktorla uçurdub

Ağcabədidə məmur məcburi köçkünlərin evlərini traktorla uçurdub

13-05-2013, 13:40
Oxunub: 6 115 Bolgexeber.com-a Ağcabədidə məskunlaşan bir qrup Laçın rayon məcburi köçkünləri adından şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi oxuculara təqdim edirik:
“Meşə Mühafizəsinin müdiri Müzəffər Cəfərov öz məmur səlahiyyətlərindən istifadə edib 10 nəfər 6 maşın və 1 traktor ilə 1992-ci ildən məskunlaşan Laçın rayon məcburi köçkünlərinin yaşayış yerlərini traktorla uçurtmuşdur.Köçkünləri evsiz eşiksiz qoymuşdur. Səbəbi isə əvvəllər məcburi köçkünlərdən aldığı pulu indi ala bilməməyidir.Biz məcburi köçkünlər müvəqqəti olraq icarə götürdüyümüz torpaqlarımızda və yaşadığımız obalarda 10.000 (on min)-dən artıq ağac əkmişik.Müzəffər Cəfərov isə qrunt sularının qabağını kəsib əl ilə əkilmiş meşə zolaqlarını tamamilə məhv edib otlaq sahəsinə çevirmişdir.Ağcabədi rayon Meşə Mühafizəsinin balansında olan torpağın hər bir hektarından icarə adı ilə 50 manat pul alıb dolayı yollarla mənimsəmişdir. Məcburi köçkünlər yuxarı orqanlara ərizə ilə və teleqramlarla müraciət etmələrinə baxmayaraq təhlükəsizlikləri təmin olunmamış və onların hüquqları pozulmuşdur. Məcburi köçkünləri incidən Müzəffər Cəfərov dövlətimizin Prezidenti cənab İlham Əliyevin 12 fevral 2013-cü il tarixli çıxışına məhəl qoymayaraq məcburi köçkünləri öldürməklə və tutdurmaqla hədələyib yaşayış evlərini uçurtmuşdur.
Məsələ ilə əlaqədar Ağcabədi RİHB-nın başçısı Ş.Məmmədova və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etsəkdə bu günə kimi şikayətimizə heç bir cavab verilmıəyib. İnformasiya agentliklərindən xahişimiz budur ki ölkə Prezidentinin bizi şəxsən qəbul edib problemlərimizi dinlənilməsinə köməklik etsinlər.Məmur Müzəffər Cəfərov haqqında qanuni tədbir görülsün”.


Hörmətlə:Laçın rayon məcburi köçkünləri adından

Mailov Malik Tahir oğlu
Mailov Tahir İsmayıl oğlu
Əhmədov Əhməd Şiraslan oğlu
Məmmədov Əbdül Məhəmmədəli oğlu
Səmədov Yuri Əli oğlu
Mailov Dilafət Cəlil oğlu

Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Bolgexeber.com