BolgeXeber.Com » Bölgə » Lənkəran icra hakimi şəhid anasını aldadıb

Lənkəran icra hakimi şəhid anasını aldadıb

13-05-2013, 14:15
Oxunub: 5 398 Mənzil problemini həll etmək istəyən ailə bank kreditini qaytara bilmir.

Lənkəran rayon Liman şəhəri, ev 132 ünvanında yaşayan şəhid anası Həsənova Mahirə Hümmət qızı sosial problemləri ilə bağlı uzun müddətdir ki , dövlət orqanları tərəfindən süründürməçiliyə məruz qaldığını deyir. Onun sözlərinə görə oğlu Həsənov Laçın 1994-cü ilin yanvarın 29-da ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olub. 24.06.2010-cı ildə preident İlham Əliyev şəhidi “Hərbi xidmətə görə” medalına layiq görüb.
Oğlunun ailə üzvləri ilə birgə Mahirə ana 1957 ci ildə tikilmiş, hazırda qəzalı vəziyyətdə olan evin ümumi sahəsi 40 kv. m. olan 1 otaqlı mənzilində yaşayır. Mənzilin darısqallığı şəhid anasını mətbəx sakini edib. Mənzillə ehtiyacı olan Qarabağ əlilləri və şəhid ailələri Rayon İcra Hakimiyyətində qeydə alınarkən əvvəllər onun da adı olub, amma sonradan necə olubsa bu ailəni siyahıdan çıxarıblar. Bununla bağlı xanım Həsənova müxtəlif dövlət orqanlarına şikayət edib, lakin müraciətləri nəticəsiz qalıb.
Çarəsiz qalan ailə üzvləri özlərinə sığınacaq düzəltmək üçün bankdan kredit götürüb 1 otaq tikiblər. Lakin bu da onlara yeni problem yaşadıb. Belə ki, bankların birindən 8 min manat götürən ailə, bir müddət aylıq ödənişlər edə bilsə də, sonrakı ödəniş tapşırıqlarını yerinə yetirə bilməyib. Acınacaqlı duruma düşən ana 2 ay bundan əvvəl Lənkəran RİH başçısı Taleh Qaraşovun qəbulunda olub. Onu dinləyən icra başçısı müavini İlkin Rəhimova tapşırıb ki, şəhid ailəsinin üzləşdiyi problemlə maraqlansın və köməklik göstərsin. İlkin Rəhimov ananı əmin edib ki, 1 həftə ərzində vəziyətlə yerində tanış olacaq.

Bir müddət sonra RİH-dən onlara 10 sement kisəsi, 24 metr taxta və 15 şifer göndərilib. Ana yenidən İ. Rəhimovun qəbulunda olub. Aydın olub ki, ona sənəddə göstərilən miqdarda (20 sement kisəsi, 60 m taxta, 15 şifer) material göndərilməyib. Şəhid ailəsinə göstərilən bu kiçik yardımın da bir hissəsinin “yeyildiyini” görüb Mahirə xanım etirazını bildirmək üçün icra başçının qəbuluna girməyə çalışıb, bu vaxt aparatın işçısi Musayev Rövşən ad-soyadlı şəxs ona başçının adından 100 ABŞ dolları verib və deyib ki, bununla cari işlərini yola ver, biz sizə tezliklə kömək edəcəyik. Mahirə bir neçə gün bundan qabaq heç kəsin maraqlanmadığını görüb 100 dolları İ. Rəhimova qaytarmağa çalışsa da, sonuncu onu götürməyib. İndi şəhid anası çıxılmaz vəziyyətə düşüb. Bir tərəfdən kredit borcu, digər tərəfdən də hələ də həllini tapmayan mənzil problemi. Ailə də böyük.
Dərdini danışan Mahirə ana yerli icra hakimiyyətindən başqa bir incikliyini də bildirdi: “Oğlu Həsənov Lənkəranın Liman qəbristanlığndakı məzarı bərbad vəziyyətə düşüb. Heç bir aidiyyatı qurum bununla maraqlanmır.”tia.az