İcra başçısıTaleh Qaraşovdan "bolşevik" açıqlama
13-05-2013, 14:55
Oxunub: 5 419
Lənkəranın icra başçısı Tribuna İnformasiya Agentliyinə (Tia.az) savaş açıb
Buna səbəb saytda 07.05.2013 tarixində Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun danlanması ilə bağlı məlumatın dərc olunmasıdır. Bu informasiyanın mətbuata çıxmasını həzm edə bilməyən Taleh Qaraşov mediaya qarşı az qala savaş elan edib. O, bunu özünə yaxın olan saytlar vasitəsi ilə həyata keçirir. Belə ki, həmin saytlarda Tia.az-la bağlı açıqlamalar dərc edilir. Savadsız açıqlamaların Lənkəran rayon İcra Hakimiyyətində hazırlandığı heç kəsə sirr deyil. Məmur etikasına sığmayan davranış göstərən icra başçısı hətta açıqlamalarda təhqirlərə də yol verir. Tia.az-ı subardinasiya qaydalarını bilməməkdə ittiham edən cənab Qaraşov saytda calışanları cahil, nadan kimi təhqirlərlə subardinasiya qaydalarını pozaraq jurnalist- məmur arasında sanki yeni bir “subardinasiya” qaydası yaradıb.
Daha sonra icra hakimiyyətinin açıqlamasında Lənkəranda gedən geniş irimiqyaslı abadlıq işlərindən söz açılır. Biz bu deyilənləri də anlayırıq, təbii ki, icra hakimiyyəti belə bir ənənəvi açıqlama vermək məcburiyyətindədir. Amma açıqlamanı hazırlayanlar bir şeyi unudur ki, Lənkəranda vəziyyət heç də onların dediyi kimi deyil. Yoxsa cənab Qaraşov ancaq vəzifə satması üçün o postda oturduğunu düşünür? Bundan əlavə, gündə ölkə mətbuatında problemlərindən danışan lənkəranlılar Taleh Qaraşovun rəhbərlik etdiyi rayondan deyillərmi? Bunu da anlamaq üçün sağlam düşüncəli icra başçısı olmalıdır.
Əslində, bizim burada əsas olaraq diqqətimizi çəkən bir məqam oldu: nədən Lənkəran İcra Hakimiyyəti bizim yazdığımız informasiyanı digər xəbər portallarında təkzib etməyə maraq göstərdi və yazdıqlarımıza TİA.AZ-da cavab verməyə cəhd belə göstərmədi?
Bunun səbəbləri aydındır. Ən azından bizim üçün. Hər halda, Lənkəran RİH-də də yaxşı bilirdilər ki, TİA.AZ-da cahil insanlar yoxdur. Yəni bu portalda hansısa digər portalın yazdığı informasiyadan xəbər bilməyə-bilməyə təkzibi yerləşdirə biləcək adamların olmadığını yaxşı bilirdilər. Ona görə də Lənkəran RİH digər portallara - aylıq pul verdikləri, bəslədikləri portallara üz tutdular. Nəticəsi isə ortadadır: BİABIRÇILIQ!!!
Bizim Lənkəran RİH-lə bağlı hər hansı problemimiz yoxdur. Sadəcə bizə daxil olan informasiyaları yaymaq media olaraq vəzifəmizdir və bundan sonra da Lənkəran rayon İcra Hakimiyyətinin bütün yalan və qərəzli təkziblərinə baxmayaraq bu informasiyaları yayacağıq.
Ancaq maraqlıdır, bəs Lənkəran RİH-in ünvanımıza yolladığı təhqirləri yerləşdirən portallar nədən bu oyunda iştirak ediblər? Bax bizim üçün maraqlı olanı budur. Hər halda, pul o qədər də şirin olmalı deyil ki, kimnsə qırmızı yalanının altından öz imzanı basasan…
P.S. Umid edirik ki, özlərini obyektiv sayan saytlar Taleh Qaraşovun açıqlamasını verdikləri kimi öz həmkarlarının da açıqlamasını verəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər