BolgeXeber.Com » Bölgə » Neftçalada qadın məmurun pulyığma metodu

Neftçalada qadın məmurun pulyığma metodu

14-05-2013, 16:05
Oxunub: 5 182 Xatirladaq ki,ötən yazımızda biz Neftçala təhsilində hökm sürən açınacaqlı vəziyyətin əsas səbəbkarının rayon icra başçısının təhsil və səhiyyə üzrə müavini Gültəkin Sadıqovanın olmasını bildirmişdik.Bolgexeber.com-a Gültəkin Sadıqova ilə bağlı yeni ilginc məlumat daxil olmuşdur.Məlumatda bildirilir ki, Gültəkin Sadıqova keçən ay öz övladına təmtəraqlı toy keçirib və məmur qadın bütün təhsil işçilərini toya gəlməsinə göstəriş verib.Qeyd olunur ki, Gültəkin Sadıqova həmin toya gəlməyən təhsil işçilərinə qarşı toydan sonra sərt tədbirlər görüb və öz vəzifəsindən sui -istifadə edərək onların bəzilərini cəzalandırıb.Məsələn bildirilir ki,bu səbəbdən məktəb direktoru Ramiz müəllim işdən azad edilib və onun yerinə Gültəkin Sadıqova öz bacısını vəzifəyə qoyub.Digər məlumata görə isə o müxtəlif yollara əl atsa da hələ ki,bacısının vəzifəyə gətirilməsi ilə bağlı əmrin verilməsinə nail ola bilməyib. Həmçinin bildirilir ki,toy günü rayon icra hakiminin rayonda olmaması onun işinə yarıyıb və o qanunsuzluğu rahatca həyata keçirib.